Ekoloji Turizm Şurasının ilk iclası keçirilib
Tarix: 20.09.2016 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyində təbiət turizmi üzrə ixtisaslaşan şirkət və qrup nümayəndələrinin daxil olduğu Ekoloji Turizm Şurasının ilk iclası keçirilib.
 Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ekologiya və təbii sərvətlər, gənclər və idman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrinin yer aldığı Ekoloji Turizm Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iclasda iştirak edib. Tədbirdə Şuranın Əsasnaməsinin qısa zamanda hazır olacağı, Şuranın yaradılmasının məqsəd və məramı, qarşıda duran məsələlər, təbiət turizmi sahəsində nəzərəçarpacaq artımın olduğu, turizmin genişləndiyi, təbiətə kütləvi axının baş verdiyi bir vaxtda təbiətlə münasibətdə düzgün yanaşmanın vacibliyi, qarşıya çıxan problemlərin aradan qaldırılması, təbiətə qayğıkeş münasibəti formalaşdıran tərbiyəvi tədbirlərin görülməsinə ehtiyacın olması, gələcəkdə turizmin inkişafı sahəsində birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi məsələlərinə toxunulub.
İclasda həmçinin, ekoturizm marşrutlarının pasportlaşdırılması, Milli Parklarda və meşə ərazilərində marşrut sxemlərinin hazırlanması, marşrutlar üçün texniki təchizatın lazımı səviyyədə təmin edilməsinin vacibliyi, təhlükəsizlik tədbirlərinin görülməsi barədə fikir mübadiləsi aparılıb. Ekoloji Turizm Şurasının üzvü olan şirkət nümayəndələri qısa müddətdə qeyd olunan sahələr üzrə təkliflərini hazırlayaraq Şuranın katibliyinə təqdim edəcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info