“Azərbaycandakı yəhudi icmasının vəziyyəti sizin nə dərəcədə tolerant ölkə olduğunuzu göstərir”
Tarix: 20.09.2016 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


"Azərbaycanla İsrail arasında münasibətlər diplomatik və ya siyasidən daha çox dostluq münasibətləridir”.
 
Bu sözləri İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emanuel Naxşon deyib.
 
O bildirib ki, iki ölkə arasında çox sıx dialoq mövcuddur: “Burada əslən Azərbaycandan olan çoxlu yəhudi yaşayır. Onlar iki xalq arasında körpü rolunu oynayırlar. Siyasi münasibətlərimiz çox yaxşıdır. Sıx dialoq apardığımız enerji məsələləri hər iki ölkə üçün çox vacibdir. Digər vacib məsələ regional təhlükəsizliklə bağlıdır. Hər iki ölkə potensial təhlükəli və qeyri-stabil regionda yaşayır”.
 
E. Naxşon vurğulaylb ki, Azərbaycandakı yəhudi icması özünü həmişə evində hiss edib: “Hətta Azərbaycandan İsrailə köçən yəhudilər də hər zaman Azərbaycan haqqında xoş sözlər danışıb, mütəmadi əlaqə saxlayıblar. Azərbaycandakı yəhudi icmasının vəziyyəti sizin nə dərəcədə tolerant ölkə olduğunuzu göstərir. Bu bizim münasibətləri daha da gücləndirir”.
 
Nazirlik sözçüsü iki ölkə arasında münasibətləri iqtisadiyyat, turizm və digər sahələrdə inkişaf etdirmək üçün çox yaxşı iradənin olduğunu bildirib. Onun sözlərinə görə, ölkəsi Azərbaycanın İsraildə səfirliyinin açılmasını çox istəyir: “Bu bizim yaxşı və güclü münasibətlərimizə daha da müsbət təsir edə bilər”.
 
E. Naxşon Dağlıq Qarabağ münaqişəsinə toxunaraq İsrailin  Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllinə ümid etdiyini bildirib.
 
XİN rəsmisi İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı dəqiq tarixin olmadığını deyib, lakin qeyd edib ki Azərbaycana səfər baş nazirin əsas prioritetləri sırasındadır. 
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
18.01.2019
Şimali Kiprin dövlət televiziyasında 20 Yanvar hadisələrindən danışılıb
18.01.2019
Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
18.01.2019
Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
18.01.2019
İstanbulda Qanlı Yanvar faciəsinin ildönümü qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info