Səfir: “Bakı ilə Cakarta arasında birbaşa uçuşlar təşkil edilə bilər“
Tarix: 20.09.2016 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Fanani "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi "Caspian Energy"nin nümayəndə heyətini qəbul edib.
 
Görüş zamanı "Caspian European Club" ("Caspian Business Club") və "Caspian Energy International Media Group" çərçivəsində informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanları, İndoneziya şirkətlərinin 2016-cı il dekabrın 7-də keçiriləcək "Caspian Energy Forum"da iştirakı ilə bağlı məsələ müzakirə olunub.

Səfir qeyd edib ki, onun Azərbaycanda missiyası 2016-cı ilin mayında - dünya neft bazarlarında baş vermiş böhranla əlaqədar Azərbaycanda iqtisadi vəziyyətin pisləşdiyi dövrdə başlayıb. "Azərbaycanın İndoneziya üçün təkcə regionda deyil, həm də Şərqi və Mərkəzi Avropada strateji baxımdan əhəmiyyətli dövlət olması həm mənə, həm də ölkəmə yaxşı bəllidir", - deyə səfir bildirib. Bu baxımdan diplomat Azərbaycan prezidenti İlham Əliyevin bu ilin sonunda İndoneziyaya, İndoneziya Prezidenti Coko Vidodonun isə gələn il Azərbaycana səfər edəcəyinə ümid bəslədiyini ifadə edib.
 
İkitərəfli əlaqələrin möhkəmlənməsində aparıcı amil olan yüksək səviyyəli səfərlərlə yanaşı, səfir həm də müəssisələr arasında əməkdaşlığın da vacibliyini vurğulayıb. “Əlaqələrimizin, ticarətimizin gücləndirilməsi, həmçinin investisiyalaşma məsələsinin gələcək müzakirəsi üçün azərbaycanlı investorların İndoneziyaya, indoneziyalı investorların isə sizin ölkənizə səfərlərinin genişləndirilməsi olduqca mühümdür”, - deyə H. Fanani bildirib.

Ölkələr arasında iqtisadi əməkdaşlıqdan bəhs edən səfir İndoneziyanın 155 milyon nəfərlik əhaliyə malik və 17 500 adadan ibarət böyük ölkə olduğunu diqqətə çatdırıb. H. Fanani belə çoxsaylı əhalisi olan ölkədə böyük həcmdə enerji, xüsusilə elektrik enerjisinə tələbatın artmasının qaçılmaz olduğunu vurğulayıb. "Azərbaycanda olduğu kimi, İndoneziyada da neft var. Biz sutkada 800 min barrel neft hasil edirik. Lakin bizim 1 milyon 600 min barrel neftə ehtiyacımız var”, - deyə səfir qeyd edib. Onun sözlərinə görə, tələb olunan neftin təqribən yarısı idxal olunmalıdır. “Biz Azərbaycandan neft almaqla yanaşı, eyni zamanda Səudiyyə Ərəbistanı, Əlcəzair və İrandan da neft idxal edirik. Bu məqsədlə hər il 2,4 milyard ABŞ dolları vəsait sərf edirik. Azərbaycandan 400 min barreldən 600 min barrelədək neft alırıq. Məhz bu səbəbdən son illər İndoneziya İtaliya və Almaniyadan sonra Azərbaycanın üçüncü nəhəng ticarət partnyoru adını qazanıb. Bundan əlavə, biz Azərbaycandan həmçinin mazut alırıq”, - deyə səfir qeyd edib.
 
O vurğulayıb ki, bu amillərə görə Azərbaycan İndoneziya üçün gələcəkdə də mühüm biznes-partnyor, həmçinin enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli tərəfdaş olacaq.
Gələcək ikitərəfli münasibətlərdən bəhs edən səfir bildirib ki, “iqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyiriksə, o zaman Bakı və Cakarta, Cakarta və Bakı arasında yaxşı nəqliyyat əlaqələri, həmçinin AZAL ilə "İndonesian Airlines" arasında əməkdaşlıq qurmalıyıq”. “İndoneziya və Azərbaycan arasında İndoneziya və Türkiyə arasındakı birbaşa reysə bənzər uçuşlar təşkil etməliyik. Bu yolla biz Azərbaycana çoxlu sayda indoneziyalı turist cəlb edə bilərik. İndoneziyadan Azərbaycana turist axınının artımının labüdlüyünü Prezident İlham Əliyev də çıxışları zamanı vurğulayıb”, - deyə H. Fanani əlavə edib. Səfir həmçinin vətəndaşların bir-birlərinin ölkəsinə qarşılıqlı səfərlərin artımı ilə bağlı da bəzi vacib məqamları qeyd edib. “Biz hər gün insanları Ümrəyə (Həcc) ziyarətə göndəririk. Biz onları İndoneziyaya yaxşı nizamlanmış tranzit məntəqələrin alternativi olaraq Azərbaycan vasitəsilə də geri qaytara bilərik”, - deyə o qeyd edib.
 
Səfirin fikrincə, bu, təkcə turizm sahəsində əməkdaşlığın gələcək inkişafında deyil, həm də İndoneziya ilə Azərbaycan arasında məlumatlılığın və anlayışın müəyyən səviyyəyə yüksəlməsi baxımından da yardımçı olacaq.
 
Görüşün sonunda səfir “Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi və investisiya tərəfdaşlığının, biznes və nəqliyyat əlaqələrinin genişləndirilməsi məsələsinə toxunub, turizm sektorunun və enerji əməkdaşlığının inkişafından danışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info