İsa Həbibbəyli: “İnkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbat doğurur”
Tarix: 20.09.2016 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 26 sentyabr tarixdə keçiriləcək ümumxalq səsverməsi – referenduma hazırlıq iclası keçirildi. AMEA-nın YAP təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən iclas AR Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı baş tutacaq referendum haqqında elmi müstəvidə fikir mübadiləsi aparmaq məqsədi daşıyırdı. Bu prosesdə Akademiya gəncliyinin yüksək səviyyədə iştirakının təmin olunması üçün qarşıda duran vəzifələrin müzakirəsi də tədbirin hədəflərindən idi.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli inkişaf etməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında daim yeni islahatları meydana çıxarır. Ölkəmiz müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatıb: “İnkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan verib”. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktından söz açan alim bu layihənin geniş miqyasda ictimaiyyətin müzakirəsinə təqdim edilməsini cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurəti kimi qiymətləndirdi. Qeyd etdi ki, ölkə rəhbərinin irəli sürdüyü dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm uğurlar və yeniliklərin əldə edilməsinə meydan açır. Konstitusiyaya dəyişikliklərin dünyanın inkişaf etmiş, öncül, sabit ictimai mühiti olan ölkələrdə aparıldığını vurğulayan alim Azərbaycanda da həyatın bütün sahələrində - həm dövlət və özəl sektorlarda, həm də ictimai-sosial sahələrdə sürətli inkişafın müşahidə olunduğunu bildirdi.
AMEA-nın vitse-prezidenti son illərdə AMEA-da elmin təbliği, gənc kadrların Akademiyaya cəlb edilməsi, elm və təhsilin inteqrasiyası, o cümlədən beynəlxalq əlaqələrin inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü də diqqətə çatdırdı. Çıxışının sonunda İsa Həbibbəyli qarşıdakı referendumda 29 maddə üzrə dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edərək, hər kəsi bu səsvermədə iştirak etməyə, öz vətəndaşlıq mövqeyini nümayiş etdirməyə dəvət etdi.
Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd etdi ki, Dəyişiklik aktında yaş senzinin aradan qaldırılması Azərbaycan dövlətinin öz gəncliyinə inamını ifadə edir: “Müstəqilliyimizin 25 illiyində məhz demokratik, hüquqi dövlət quruculuğumuzun möhkəmləndirilməsinə hesablanmış referendum seçkiləri mütərəqqi hadisədir. İstənilən bir cəmiyyətdə xalqın firavan yaşaması üçün daima verilən təkliflər tələblərdən irəli gəlməlidir”. Azərbaycan dövlətinin hər bir sahədə apardığı siyasətin ilk növbədə vətəndaşın xeyrinə hesablandığını qeyd edən alim bildirdi ki, konstitusiyada təklif olunan dəyişikliklər ölkədə aparılan siyasi və iqtisadi islahatların davamlılığını təmin edəcək. Dəyişikliklər vahid idarəetmə modelinin yaradılmasına əhəmiyyətli təsir göstərməklə yanaşı, daxili hərbi təhdidlərin yaranmasına son qoyacaq. Yeni institutların yaradılması islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edəcək: “Bir gənc olaraq, xüsusi ilə qeyd etmək istərdim ki, bu dəyişikliklər icra orqanlarında gənclərin təmsil olunmasına, gənclərin bilik və potensialının ölkənin inkişafı naminə daha səmərəli yönləndirilməsinə şərait yaradacaq”.
İclasda, həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu, Dilçilik İnstitutunun elmi işçisi Rasim Heydərov, Ədəbiyyat İnstitutunun YAP təşkilatının sədri Xədicə İskəndərli və digərləri mövzu ətrafında çıxış edərək, rəy və təkliflərini səsləndirdilər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info