“Namizədlərin çoxluğu müxalifətin qazanacağı cüzi səsləri də parçalayacaq”
Tarix: 19.03.2013 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Müxalifətdəki namizədlərdən heç biri layiqli deyil”
Müxalifət düşərgəsində hazırda parçalanma və durğunluq hökm sürsə də, qarşıdakı prezident seçkiləri ərəfəsində müxalifət partiyaları seçki ilə bağlı aktivlik göstərməyə çalışırlar. Amma bu aktivlik də onların parçalanmış və xaotik şəkildə, faktiki olaraq bir-biriləri ilə rəqabət şəraitində seçkiyə getdiyini göstərir. Ötən saylarımızda qeyd etmişdik ki, müxalifət düşərgəsindən artıq bir neçə nümayəndə prezident seçkilərində namizəd kimi iştirak edəcəkləri ilə bağlı ambisiyalarını ortaya qoyub.

Məsələn, Müsavat başqanı İsa Qəmbər, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, “ictimai palata”nın nümayəndəsi Vidadi İsgəndərli kimi müxaliflərin hər biri ayrılıqda seçkidə namizəd olacaqlarını konkret olaraq açıqlayıblar. Eləcə də “El” hərəkatının sədri Eldar Namazov, AXCP sədri Əli Kərimli və sairlərinin də namizədliklərini verəcəyi gözlənilə bilər. Həmçinin ADP sədri Sərdar Cəlaloğlunun da namizədliyini irəli sürəcəyi gözlənilənlər arasındadır. Son günlərdə isə Ümid Partiyasının sədri İqbal Ağazadə öz namizədliyini irəli sürdü. Bu isə seçkiyə olan vaxt azaldıqca, ayrı-ayrı müxaliflərin namizədlik ambisiyalarını ifadə edəcəklərini deməyə əsas verir. Onu da qeyd edək ki, müxalifətdə “vahid namizəd” məsələsi bu dəfə də alınmadığından müxaliflər başqa bir ifadəni dövriyyəyə buraxmağa çalışırlar - “əsas namizəd”. Müsavat başqanı İsa Qəmbər də qeyd edib ki, “vahid namizəd” məsələsi alınan deyil. Bu məsələdən əl çəkmək lazımdır. O, “əsas namizəd” ifadəsini işlətməyin tərəfdarıdır. Amma təbii ki, bu yeni və əslində uydurma titul da namizədliyini irəli sürmüş hər bir müxalif üçün cəlbedicidir və hər kəs özünü “əsas namizəd” kimi qələmə verməkdə, digər müxalif namizədləri önəmsiz saymaqdadır.
Bəs bu qədər çoxlu sayda namizədlər, yaxud “əsas namizəd”lər müxalifət düşərgəsinə nə verir?
Qəzetimizə bu məsələ ilə bağlı fikirlərini bildirən politoloq Zərdüşt Əlizadə də qeyd etdi ki, bu dəfə də müxalifətdə çoxlu sayda namizəd öz namizədliyini irəli sürür: “İndi bu barədə hökumətin öz ssenarisi nə olacaq, bu da gözlənilənlər sırasındadır. Görünən budur ki, müxalif namizədlərin sayı daha da artacaq”. Bu namizəd artımı isə müxalifətdə onsuz da çox cüzi olan səs parçalanmasını daha da çoxaldacaq. Amma bu səs parçalanması olmasa belə, Z.Əlizadə müxalifətdəki namizədlərdən heç birini əsas namizəd saymır: “Onların özlərini “əsas”, nə bilim, “baş” kimi təqdim etmələrindən asılı olmayaraq, onların heç biri əsas deyil. Mən hazırda onların heç birini əsas kimi görmürəm. Ənənəvi müxalifətin hazırda namizədliyini irəli sürmüş hər bir üzvü hakimiyyət üçün boksçunun qruşası rolunu oynayır”.
Zərdüşt Əlizadə ənənəvi müxalifətin heç bir namizədini seçkidə iştirak üçün layiqli və güclü saymır və onların siyasi perspektivsizliyini önə çəkir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info