“Azərbaycan Avropa İttifaqı üçün mühüm ölkədir”
Tarix: 20.09.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Bakıda səfərdə olan Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Milli Məclisdə spiker Oqtay Əsədovla görüşüb. Mətbuat üçün qapalı olan görüşdən sonra nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Sayyad Kərim bildirib ki, Azərbaycanla münasibətlərin inkişafı üçün parlament səviyyəsində ünsiyyət təbii haldır. 
 
“Milli Məclisə gəlməmişdən əvvəl prezident İlham Əliyevlə görüşmüşük.  Müzakirələrin nəticəsi olaraq deyə bilərəm ki, parlamentlər arasında olan dəyərlər hamımızın inandığı məsələdir. Avropa İttifaqı üçün Azərbaycan mühüm bir ölkədir. Azərbaycan münasibətlərimizi daha da möhkəmləndirmək istədiyimiz bir ölkədir. Lakin müəyyən bir müddət oldu ki, Azərbaycanla olan dialoqumuz istədiyimiz səviyyədə, gerçək olacaq səviyyədə deyildi. Bu, nə Azərbaycan xalqı, nə də Avropada yaşayan xalqlar üçün xeyir verəcək hal deyildi. Ümidvarıq ki, Azərbaycanla Avropa İttifaqıarasında münasibətlərin nəinki qurulması, həmçinin möhkəmləndirilməsi üçün yetərincə zəmin var. İndiyə qədər şahid olduğumuz ünsiyyətdən bizim üçün aydın olan bir məqam o oldu ki, Azərbaycan Avropa xalqlarına yaxın olmaq istəyir və biz əlimizdən gələni edəcəyik ki, bu yaxınlıq təmin olunsun”, - deyə o vurğulayıb.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info