Azərbaycan neftçilərinin pensiya təminatı ildən-ilə güclənir
Tarix: 20.09.2016 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1994-cü ilin 20 sentyabr tarixində imzalanan, tarixi və siyasi, beynəlxalq əhəmiyyətinə görə dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları ölkəmizin dinamik iqtisadi inkişafına güclü əsas yaratdı. Həmin günlə bağlı olaraq, Ulu öndərimizin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.
Milli iqtisadiyyatın inkişafına mühüm töhfələr verən Azərbaycan neftçilərinə, onların əməyinə göstərilən yüksək dövlət qayğısı həmin insanların pensiya təminatının daim güclənməsində də öz təsdiqini tapır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,1 min nəfəri neft sənayesində çalışmış pensiyaçılardır. Onlara ödənilən pensiyaların məbləği ildən-ilə yüksəlir. Belə ki, hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 392,7 manata çatıb.
Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışan vətəndaşlar üçün bir sıra imtiyazlar da qanunvericilikdə əksini tapıb. Belə imtiyazlardan biri kimi, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddindən daha tez pensiyaya çıxmaq hüququna malikdirlər.
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə sığorta-pensiya sistemində ən fəal iştirak edən bir qurumdur. Belə ki, şirkət fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına və məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malik olması ilə seçilir. Təkcə cari ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının ödənilməsi təmin edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info