BMT-də Ermənistanın Suriya ermənilərini Qarabağda yerləşdirməsindən danışılıb
Tarix: 20.09.2016 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində qaçqın və miqrant axını probleminin aradan qaldırılması mövzusunda keçirilən görüşdə çıxış edib.
 
DMX-nın mətbuat xidmətindən verilən xəbərə görə, F. Nəbiyev bildirib ki, son illər dünyada münaqişə və böhran zonalarının coğrafi əhatəsinin genişlənməsi həlak olan və öz evlərini tərk etmək məcburiyyətində qalan insanların sayının artmasına gətirib çıxarıb.
 
Xidmət rəisi qeyd edib ki, Ermənistan tərəfindən ərazisinin işğalına görə Azərbaycan genişmiqyaslı məcburi köçürülmə problemi ilə üzləşib: “Təəssüflə qeyd etməliyik ki, Ermənistan hazırkı qaçqın və miqrant böhranından sui-istifadə edərək, Suriyadan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır. Bu, beynəlxalq humanitar hüququn, ilk növbədə 1949-cu il dördüncü Cenevrə Konvensiyasının və Əlavə Protokollarının kobud surətdə pozulmasıdır”.
 
F. Nəbiyev onu da bildirib edib ki, son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard dollar həcmində vəsait xərclənib.
 
Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həll olunması sahəsində səyləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatlar tərəfindən yüksək dəyərləndirilib.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info