Jurnalistlər üçün yazı müsabiqəsi
Tarix: 20.09.2016 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birlikdə Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə “Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi keçirir. I. Mükafatlandırma I yer - 1 nəfər - 1000 manat II yer - 1 nəfər - 800 manat III yer - 1 nəfər - 600 manat Həvəsləndirici mükafat – 5 nəfərədək (hər biri) – 200 manat Müsabiqədə yer tutacaq şəxslərin adları 2016-cı il dekabr ayının 5-dək açıqlanacaq. II. Müsabiqə şərtləri Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək: Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi; Analitik keyfiyyətlər, faktların və məsələlərin düzgün təhlili; Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti; İfadə vasitələrinin zənginliyi; Oxucu üçün informasiyalılıq dərəcəsi; Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə; Müsabiqəyə 2016-cı ilin sentyabr ayının 21-dən noyabr ayının 21-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq; Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur; Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır; Yazıda “Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir. III. Yazıların təqdim edilməsi Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır. Təqdimat zərfində yer almalıdır: yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti; yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu; müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi; materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir); diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla); yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir. Müsabiqə üçün yazılar 2016-cı il sentyabr ayının 21-dən noyabr ayının 22-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək. Əlaqə telefonu: (012) 441 35 30 (050) 534 93 26 (055) 201 99 26 (055) 211 31 50
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info