Bu il 2700-dən çox şəxs peşə hazırlığı kurslarına cəlb olunub
Tarix: 20.09.2016 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 2545 nəfər vətəndaş (o cümlədən 108 nəfər əlilliyi olan şəxs) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmçinin bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 202 nəfər gənc peşə hazırlığına qəbul olunub.
 
Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 8 ayında 2747 nəfər vətəndaşın peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilməsi işləri görülüb ki, həmin şəxslərdən 310 nəfəri (11,3 faiz) əlilliyi olan şəxslərdən ibarətdir.
 
Qeyd olunan kurslarda kompüter istifadəçisi, kompüter mühasibliyi, qənnadçı, tornaçı, dərzi, bərbər, mebel quraşdırıcısı, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, xalçaçı və s. peşələr öyrədilib. Peşə kurslarında modul tədrisi proqramlarından da geniş istifadə olunub və  kursları bitirənlərə sertifikatlar təqdim edilib.
 
Peşəyönümü tədbirləri də davam etdirilib. Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün pedaqoji kadrların və valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində 64102 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info