Biləsuvarda gələn il 10.5 min hektar sahədə pambıq əkiləcək
Tarix: 20.09.2016 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Prezidentin rəhbərliyi ilə 17 sentyabr 2016-cil il tarixdə  Sabirabad rayonunda keçirilən “Respublikada Pambıqçılığın inkişafına dair” müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Biləsuvar rayonunda pambıqçılığın inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi keçirilib. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, pambıq qəbulu və emalı məntəqələrinin əməkdaşları, sahibkarlar və mülkiyyətçilər olmaqla   220 nəfər iştirak edib.
İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirib ki, ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızda  qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən   tədbirlər  bütövlükdə respublikamızın, eləcədə hər bir regionun inkişaf istiqamətlərini, imkanlarını və perspektivlərini müəyyən edir. Hazırda  regionlarda qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər  Biləsuvar rayonunda da öz bəhrəsini verməkdədir. Biləsuvar  həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olmuş, daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınıb. M.Quliyev  Sabirabad rayonunda keçirilən müşavirədə Prezidentin bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd edib ki, ölkə rəhbəri çıxışında bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkildiyini bildirdi və bu  keçən illə müqayisədə  təxminən üç dəfə çoxdur: “Cənab Prezident müşavirədə qeyd etdi ki, əgər, keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən azı 100 min ton pambıq yığılmalıdır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərdə Biləsuvar rayonunda da pambıq istehsalı ən yüksək səviyyəyə çatmış, bu sahə Biləsuvara və biləsuvarlılara firavanlıq və şöhrət gətirmişdir. Pambıqçılığın inkişafını daim öz diqqətində saxlayan ulu öndər dəfələrlə Biləsuvar rayonunda olmuş və əmək adamları ilə pambıq tarlalarında görüşmüşdür. O illərdə Biləsuvarda 14 min hektar sahədə pambıq əkilmiş, hər il 35-40 min ton pambıq istehsal olunmuşdur. Pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi  rayonda pambıqçılığa marağı daha da artırıb. Bunun nəticəsidir ki, son illərlə müqayisədə bu il dəfələrlə çox 6040 hektar sahədə pambıq əkilib. Pambıqçılar həmin sahələrdən 14 min tona yaxın məhsul gözləyirlər. Pambıqçılığın inkişafı rayon əhalisi üçün yeni iş yerləri deməkdir, təminatlı həyat deməkdir, sabaha inam deməkdir. Bütün bunları nəzərə alaraq rayon növbəti ildə 10.5 min hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işləri aparılır. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışında bildirib ki, bu il toplanacaq məhsulun vaxtında və itkisiz yığılması üçün pambıq qəbul məntəqələrinə və emal zavodlarına daşınması zamanı səmərəliliyin artırılması, ciddi təhlükəsizlik, xüsusən də yanğından mühafizə tədbirlərinin görülməsi, tədarük və emal dövründə emal zavodları və qəbul məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması təmin edilməli, tədarükçü şirkətlər  fermerlərlə hesablaşmaları dəqiq və ləngitmədən aparmalıdırlar. M.Quliyev gələn il əkiləcək pambıq sahələrinin hazırlanması istiqamətində görüləcək işləri qeyd edib, tapşırıq və göstərişlərini verib. Sonra rayonun aidiyyəti üzrə təşkilat rəhbərləri və icra nümayəndələri çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə ediblər




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info