Kartof alarkən nəyi bilmək vacibdir?
Tarix: 19.03.2013 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Kartof gündəlik qidamızın ayrılmaz tərkib hissəsidir və yeməklərin böyük əksəriyyətinin hazırlanmasında istifadə edilir. Kartofun tərkibində su, nişasta, şəkər, zülal, mineral duzlar, vitaminlər və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın və s. müalicəsində geniş istifadə edilir. Təyinatına görə, kartof aşxana, texniki, yem və universal kartof qruplarına bölünür. Aşxana növ kartofda nişastanın miqdarı 12-18%-dir. Yem kartofu zülal, texniki kartof isə nişasta ilə zəngin olur. Kartof xüsusiyyətinə görə, dağılan və dağılmayan formalı olur. Dağılmayan kartofları sulu xörəklərə işlətmək daha məqsədəuyğundur. Dağılan kartoflar isə qızartma məqsədilə daha çox istifadə edilir.
Kartof xüsusilə bir çox ətli xörəklərdə istifadə olunur. İnsan mədəsində tez həzmə gedən tərəvəzdir. Xörək üçün bazardan iri və üstü çopur (kəpəkli) kartof almaq daha məsləhətlidir. Çünki belə kartoflarda şəkər az, vitamin isə nisbətən çox olur ki, bu da xörəyi dadlı edir. Kartofu Günəş düşən yerdə saxladıqda, qabığı yaşıllaşıb xlorofil əmələ gəlir ki, bu da onun acı dadmasına səbəb olur. Yaxşı olar ki, kartof soyulmazdan əvvəl yuyulsun və maşında soyularsa, ölçüsünə (böyüklüyünə) görə çeşidlənsin. Belə olduqda kartofun əsas nişastalı hissəsi, qabıqda az gedir. Yəni itki 10-15% olur. Xırda kartoflar xörəyə bütöv salınsa, yaxşı olar. Soyulmuş kartofu bir neçə saat saxladıqda qaralır. Qaralmasın deyə suya qoymaq lazımdır. Suda çox saxladıqda qida maddələri nisbətən itib, nişastanın keyfiyyəti pisləşə bilər.
Kartofun keyfiyyəti aşağıdakı tələblərə cavab verməlidir. Kartof yumrusu təmiz, yetişmiş, sağlam, bütöv, quru, cücərməmiş, rəngi və forması bircinsli olmalıdır. Kartof yumrusunun diametri tezyetişən kartofda 30 mm-dən, gecyetişən kartofda 45 mm-dən az olmamalıdır. Əgər kartof uzunsov olarsa, onda tezyetişən sortlarda 25 mm-dən, gecyetişənlərdə isə 30 mm-dən az olmamalıdır. Ticarət şəbəkəsində satışa çıxarılan kartofun səthinə yapışmış torpağın çəkisi 1%-dən çox olmamalıdır.
Kartof adətən üstübağlı nəqliyyat vasitələrində daşınmalıdır. Onun aşağı temperaturun təsirindən (4C-dən aşağı), atmosfer təzyiqindən və işıqdan müdafiəsini təmin edən üstüaçıq nəqliyyat vasitələrində daşınmasına da icazə verilir.
Kartofu bağlı havalandırma sistemi olan sığınacaqlarda 4-12C hava temperaturunda 3 sutkadan artıq olmayaraq, 12-20C-də isə 2 sutkadan artıq olmayaraq saxlayırlar. Saxlama zamanı havanın nisbi rütubəti 85-90%-ə qədər olmalıdır.
Kartof bazar və ticarət şəbəkələrinə iri torbalarda və kisələrdə gətirilir. Yuyulmuş, yaxud torpağı təmizlənmiş seçmə kartoflar kisələrə qablaşdırılır. Adi kartof isə qablaşdırılmadan iri torbalara yığılıb satılır.

Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25.06.2019
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info