“Ukrayna daha pis yoxsullaşaçaq”
Tarix: 21.09.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“Belə bir büdcənin qəbulu ölkəni məhvə aparır, kiçik biznes və fermerləri məhv edir. Bu büdcə bütün sadə Ukrayna xalqının qəsdən məhv edilməsi deməkdir”

Ukraynanın "Batkivşina" müxalifət fraksiyasının lideri Yuliya Timoşenko Ali Radada ölkənin 2017-ci il üçün dövlət büdcəsini kəskin tənqid edib.
Onun sözlərinə görə, belə bir layihənin qəbuluna səs verənlər ölkədəki yoxsulluq siyasətinə ortaq olacaqlar.

Qeyd edək ki, layihədə gələn ildən başlayaraq ölkə əhalisinin minimum əmək haqqının iki dəfə artacağı göstərilib. Belə ki, bu ilin dekabrından başlayaraq ölkə əhalisinin minimum əmək haqqı 1,516 min qrivendən 1,6 min qrivenə (təqribən 64,5 dollar) qaldırılacaq. Ölkədə minimal təqaüdlərin isə 1,074 min qrivendən, 1,13 min (45,5 dollar) qədər qaldırılacağı gözlənilir. Timoşenko ölkənin yeni büdcə layihəsini “riyakar layihə” kimi dəyərləndirərək, bunun ölkədə sosial standartların artımına heç bir dəyər verməyəcəyini bəyan edib. “RİA Novosti”nin məlumatına görə, deputat qəbul ediləcək büdcənin gələcəkdə daha pis yoxsulluğa yol açacağını bildirib: “Biz əvvəlki illərdə olduğu kimi, bu il də büdcə qəbuluna səs verməmişik. Ona görə ki, belə bir büdcənin qəbulu ölkəni məhvə aparır, kiçik biznes və fermerləri məhv edir. Bu büdcə bütün sadə Ukrayna xalqının qəsdən məhv edilməsi deməkdir”.

“Lvov sakinləri Yanukoviçin hakimiyyətə qaytarılmasını tələb edirlər”

Xalqın da belə vəziyyətdən bezdiyini bildirən Timoşenkonun sözlərinə görə, artıq ukraynalılar nostalji hislərlə yaşamağa başlayıb. Hazırkı hakimiyyətin əhalinin “sistemli soyqırımını” həyata keçirdiyini bəyan edən Timoşenko bir müddət əvvəl Lvovda olarkən yerli əhali ilə qurduğu ünsiyyət barədə də məlumat verib. Deputat xanımın sözlərinə görə, Lvov sakinləri eks-prezident Viktor Yanukoviçin yenidən hakimiyyətə qayıtmasını tələb edirlər: “Mən heç vaxt bu qədər gözüyaşlı, ümidsiz insanlarla rastlaşmamışdım. İlk dəfə hazırkı hakimiyyətin idarəçilik qabiliyyətini tənqid edən demokratik qüvvələrlə rastlaşırdım. Onlar “əgər, hakimiyyət idarə etmək qabiliyyətində deyilsə, qoy köhnə hakimiyyəti yerinə qaytarsın” deyirlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info