“Azərbaycan mənim ürəyimdir” Villiams de Nascimento:
Tarix: 21.09.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram”
“Dünya Çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır”.

Bu sözləri Azərbaycan millisinin futzalçısı Oliveira Villiams de Nascimento deyib. Kolumbiyada keçirilən futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsi ərəfəsində mətbuat konfransı keçirilib. Yığmamızın üzvləri üçün təşkil olunan tədbirdə Vassoura kimi tanınan braziliyalı futzalçımız da qatılıb. O, FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında Tailand yığması ilə sentyabrın 22-də baş tutacaq matç haqda fikirlərini açıqlayıb: “Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram. Tailand yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildi bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər. Üç ilə yaxındı bu komanda ilə birgə işləyir”.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib
18.03.2019
Milan derbisində beş qol vurulub
18.03.2019
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
17.03.2019
Dünya birinciliyində uğurla çıxış edən Azərbaycan komandası Bakıya qayıdıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info