“Baroş “Qarabağ”la oyunda bunu sübut etdi”
Tarix: 21.09.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


“Milan Baroş Çexiya futbolunun yaşayan əfsanəsidir. O, bunu “Qarabağ”la oyunda bir daha sübut etdi”.
Bunu çexiyalı mütəxəssis Jiri Hayski deyib. Yerli mətbuata açıqlama verən Çexoslovakiya millisinin sabiq hücumçusu “Slovan”ın Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirdiyi görüşü dəyərləndirib. Bakıdakı heç-heçəyə görə təəssüflənən 63 yaşlı məşqçi Liberets klubunun forvardı Milan Baroşun ünvanına tərif yağdırıb: “Slovan” Azərbaycanda istənilən kimi oynamaya bilər. Amma futbolda nəticə önəmlidir. Təmsilçimizin qələbəni son anda əldən verməsi üzücü oldu. Bu komandanın uğurlarında əsas pay sahibi kimi Milan Baroşu göstərməliyəm. Bu yaşda 75 dəqiqə “döyüşdü”, qolunu vurdu. Əvəzlənərkən də meydanı krallar kimi tərk etdi”. Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan “Qarabağ” - “Slovan” matçında qonaqların 2-ci qoluna 68-ci dəqiqədə Milan Baroş imza atıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info