Gələn il Neftçalada pambıq sahələri 10 dəfəyədək artırılacaq
Tarix: 21.09.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə pambıqçılığın sürətli inkişafına əlverişli şərait yaratdığını diqqətə çatdıran İ.Vəliyev, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən layihələrdən də söz açıb.
Vurğulanıb ki, 2016-cı ildə rayon üzrə 1541 hektarda pambıq əkilib. Bunun da 1089 hektarı xüsusi mülkiyyətə, 200 hektarı dövlət torpaq fonduna, 252 hektarı isə bələdiyyə mülkiyyətinə aid torpaqlardır. Bu torpaq sahələrinin mülkiyyətçiləri ilə “MKT-Salyan” və “CTS Aqro” MMC-nin Salyan pambıq istehsalat və tədarükü məntəqəsi arasında müqavilələr bağlanıb. Müqavilə şərtlərinə əsasən pambığın becərilməsində və yığılmasında zəruri tədbirlər görülüb. Pambıq sahələri aqrotexniki qaydada becərilib, suvarma suyu ilə təmin edilib və nəticədə sahələrdə bol məhsul yetişib. Bu günə kimi sahələrdən 200 tondan çox pambıq yığılaraq “MKT-Salyan” və “CTS Aqro” MMC-nin Salyan pambıq istehsalat və tədarükü məntəqəsinə təhvil verilib. Pambığın becərilməsi, yığılması və daşınmasında 100-dən çox kənd təsərrüfatı texnikasından istifadə edilir. Yığıma, ümumilikdə, 2184 nəfər işçi qüvvəsi cəlb edilib ki, bu da öz növbəsində, əhalinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Hazırda sahələrdə pambıq yığımı davam etdirilir. Diqqətə çatdırılıb ki, 2017-ci ildə rayonda 10100 hektar torpaq sahəsində pambıq əkilməsi nəzərdə tutulub. Bu torpaqların böyük qismi xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin torpaq sahələrində suvarmanın müntəzəm qaydada həyata keçirilməsini, pambığın aqrotexniki qaydada becərilməsini nəzərə alaraq, növbəti ildə 27-30 min ton pambıq yığılması planlaşdırılır. Yığıncaqda pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin təklifləri dinlənilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info