UNEC magistri Berlin Nümayəndələr Palatasının
Tarix: 21.09.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Tədqiqat Fondunun qrantını qazanan ilk azərbaycanlıdır
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistri Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanıb. UNEC-in Türk Dünyası İşlətmə Fakultəsi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistri Semra Nusal Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanan ilk azərbaycanlıdır.

O, 2015-cı ilin dekabrında sözügedən proqram üçün alman dilində hazırladığı “Dayanıqlı turizmin dayanıqlı rəqabət acısından dəyərləndirilməsi” mövzusunda çıxışı ilə qalib gələrək, Azad Berlin Universitetində (Freie Universitat Berlin) elmi tədqiqat aparmaq hüququnu qazanıb. Semra bu müddət ərzində Almaniyanın elmi fəaliyyət üsulları ilə yaxından tanış olacaq, Almaniyanın Nümayəndələr Palatası və Azad Berlin Universitetinin professor və elmi-işçi heyətilə birgə dəyərli elmi təcrübələrə yiyələnəcək. Təqaüd proqramına ABŞ, Böyük Britaniya, Fransa və postsovet ölkələrindən müraciət edən namizədlərdən yalniz 15 nəfəri qalib olub. Qeyd edək ki, Almaniya Federativ Respublikasının Berlin Nümayəndələr Palatasının Maliyyələşdirdiyi Təhsil Fondu 1994-cü ildə yaradılıb. Fond II Dünya müharibəsindən sonra Fransa, İngiltərə, ABŞ, Rusiya və Sovet birliyindəki digər dövlətlər ilə çoxşaxəli dostluq münasibətləri qurmaq və inkişaf etdirmək məqsədilə yaradılıb. “Die Studienstiftung des Abgeordnetenhauses von Berlin” gənc alim və tələbələr üçün təqaüd proqramını maliyyələşdirir. Qrantlar müxtəlif ixtisaslar üzrə akademik nailiyyətlər, aktiv ictimai fəaliyyət kimi kriteriyalar üzrə verilir. 10 ay davam edən layihə müddətində qaliblər tədqiqat sahələrini yalnız beynəlxalq perspektivdə deyil, eləcə də Berlinin ictimai, mədəni, sosial-siyasi həyatında da təcrübədən keçirirlər.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info