Növbəti hərracda 24 dövlət əmlakı satılıb
Tarix: 21.09.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Pambıqçılığın inkişafına verilən dəstək investorların pambıq müəssisələrinə marağını artırıb və hərracda iki pambıq zavodunun səhmləri satılıb

Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərracları davam etdirir. Səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə keçirilən növbəti belə hərrac dünən baş tutub. Açıq hərracda istənilən yerli və xarici investorlar və potensial alıcılar məhdudiyyətsiz iştirak
ediblər.

Hərracda media və ictimaiyyət nümayəndələri hərrac prosesini əyani izləyə biliblər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərraclar canlı izlənilib. İlk hərracda olduğu kimi, ikinci hərrac da investorların fəallığı şəraitində keçirilib. Budəfəki hərracda ümumilikdə 24 dövlət əmlakı satılıb. Bu hərracın nəticələrinə görə, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,1 milyon manat vəsait büdcəyə köçürüləcək. Hərracda 6 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30 faizlik hissəsi, 14 kiçik dövlət müəssisə və obyekti, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Qeyd edək ki, ölkədə pambıqçılığın inkişafına verilən dəstək investorların pambıq müəssisələrinə marağını artırıb və iki pambıq zavodunun səhmləri satılıb. Pambıqçılıq sahəsinə aid müəssisələrin özəlləşdirilməsi dövlət başçısının pambıqçılığın inkişafı məsələləri üzrə Sabirabad rayonunda keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasında və qarşıya qoyulan məqsədlərə nail olmaqda mühüm rol oynayır. Belə müəssisələrin özəlləşdirilməsi və investisiya qoyuluşu onların profil üzrə tam gücü ilə işləməsinə yol açır və ölkədə pambıqçılığın inkişafına dəstək verir. Digər səhmdar cəmiyyətləri isə quşçuluq, toxuculuq, tikinti, nəqliyyat və təmir sahəsinə aid olub. Bu müəssisələr Ağstafa, Ağcabədi, Yevlax, Ucar və digər regionlarda yerləşir. Özəlləşdirilmiş 14 kiçik dövlət müəssisə və obyektlərinin 10-u Bakıda, 4-ü isə respublikanın digər şəhər və rayonlarında (Sumqayıt, Abşeron, Ağdaş və Şəki) yerləşən obyektlərdir. Kiçik dövlət əmlaklarının 11-i ticarət sahəsinə, 1-i ictimai iaşə, 2-si isə xidmət sahəsinə aid olub. Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar. Qeyd edək ki, sentyabrın 14-də və 20-də da keçirilmiş hər iki açıq hərrac üzrə bütövlükdə 60 dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə hər iki hərracın nəticələrinə əsasən 2,9 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək. Xatırladaq ki, növbəti belə hərrac sentyabrın 27-də keçiriləcək və 52 dövlət əmlakı satışa çıxarılacaq. Son hərraclar bir daha onu göstərir ki, hərraclara kifayət dərəcədə maraq var və vətəndaşlar, fiziki və hüquqi şəxslər hərraclarda ya müşahidəçi və ya potensial alıcı qismində iştirak edirlər. Nəticələr göstərir ki, hərraca olan maraq dairəsi getdikcə artmaqdadır və hərracda iştirak edərək əmlak sahibi olmaq istəyən vətəndaşların sayı çoxalır.
Xatırladaq ki, hərracda iştirak üçün komitənin elektron xidməti (“www.e-emdk.gov.az”) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşmə portalında əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info