Çavuşoğlu “İŞİD”-ə qarşı yerüstü əməliyyatlara başlamağa çağırıb
Tarix: 21.09.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada yerüstü əməliyyatlar aparmadan “İŞİD” qruplaşmasına qalib gəlməyin mümkün olmayacağını bildirib.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə o, CNN telekanalına verdiyi müsahibədə bildirib. Türkiyənin “Fərat qalxanı” əməliyyatı çərçivəsində hərbi planlarını şərh edən nazir Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına nail olmağa çalışdıqlarını deyib: “Planlar belədir: “Minbic cibi” adlanan regionu “İŞİD”-dən azad edərək onu təhlükəsizlik zonasına çevirmək və bundan sonra əl-Bab şəhərini ələ keçirmək lazımdır”. Koalisiyanın 65 ölkəsinə qarşı cəmi 30 min yaraqlının döyüşdüyünü xatırladan Çavuşoğlu, həmçinin “İŞİD” qruplaşmasının paytaxtı sayılan Suriyanın Rakka və İraqın Mosul şəhərlərinin də azad edilməsinin vacibliyini vurğulayıb. “Bizim bir düşmənimiz var və ona qarşı birgə hərəkət etməliyik. Cerablus əməliyyatından sonra hamıda əminlik yaranıb ki, “İŞİD”-ə asanlıqla qalib gəlmək olar”, - deyə Mövlud Çavuşoğlu qeyd edib. Xatırladaq ki, avqustun 24-də Türkiyə “Fərat qalxanı” əməliyyatına başlayıb və türk hərbçilərinin köməyi ilə Azad Suriya Ordusu Cerablusu 8 saat ərzində azad etməyə nail olub. Hazırda Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri Cerablus və Aziz arasındakı 90 kilometrlik ərazini “İŞİD” terrorçularından təmizləyərək cənub istiqamətində irəliləməyə davam edir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info