“İraqın XİN başçısı Səddamı 2 kostyum və 200 min dollara satıbmış”
Tarix: 19.03.2013 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Corriere della Sera” yazır ki, İraq münaqişəsinin açılımında xüsusi xidmət orqanları və mötəbər olmayan mənbələrin böyük rolu olub: “19 sentyabr 2002-ci ildə İraqın xarici işlər naziri Nəci Səbri BMT-də çıxış etdi və bildirdi ki “biz bütün gücümüzlə torpaqlarımızı müdafiə edəcəyik”.
Mərkəzi Kəşfiyyat İdarəsinin Parisdəki rəhbəri Bill Mürrey və MKİ-nin Avropadakı rəhbəri Tayler Dramheller Səbrinin çıxışı zamanı ekranda dəqiqliklə bir detala diqqət yetirdilər: İraq rejiminin diplomatik idarə rəhbərinin geyindiyi eleqant kostyum. Bu, MKİ əməkdaşlarının gözlədikləri siqnal idi: İraqın xarici işlər nazirinin Lenqli ilə əməkdaşlığa razılığı”.
“Nəci Səbri müharibənin başlanğıcına qədər 6 ay əvvəl diktatorun hərbi planları barədə Amerika kəşfiyyatına danışmağa razılıq vermişdi. Nazirlə amerikalılar arasında vasitəçi ərəb jurnalist Nabil Moqrabi oldu. Məhz Bill Mürrey yeni “mənbəyə” 200 min dollar nağd pul və iki kostyum vermişdi. Əgər Nəci Səbri kostyumlardan birini BMT-dəki çıxışı zamanı geyinərsə, bu o demək olacaqdı ki, o, əməkdaşlığa razıdır”, - deyə qəzet yazır.
Bundan başqa, məqalədə qeyd olunur ki, MKİ jurnalist vasitəsi ilə nazirə bir sıra suallar da verib. Ən əsas sual isə kütləvi qırğın silahlarının saxlandığı anbarın harada yerləşməsi ilə bağlı olub. Səbri isə “Bizim bioloji, kimyəvi və nüvə silahımız yoxdur. Səddam onları keçmişdə istehsal edirdi, ancaq daha sonra anbarları məhv etdi. Hazırda belə silahlarımız yoxdur” cavabını verib. Bu cavab isə MKİ rəhbəri Corc Tenetini qane etməyib: idarənin əməkdaşları təhlükəli arsenalların mövcudluğunu çıxmaq şərtilə, informasiyanı alırlar.
BBC “Panorama” proqramında göstərdiyi sənədli filmdə Vaşinqton və Londonun müharibəyə necə cəhd etdikləri və paralel olaraq Səddama yaxın mənbələrdən alınan informasiyaları məhv etdikləri barədə material hazırlanıb. Həmin informasiyalar Kütləvi Qırğın Silahlarının (KQS) mövcudluğunu inkar edən informasiyalar idi və belə informasiyalar Vaşinqton və Londonun planlarına uyğun gəlmirdi.
Onlar İraqda KQS-lərin anbarlarının mövcudluğunu təsdiqləyən və bombalama strategiyasına haqq qazandıran digər saxta mənbələrdən alınmış yalan informasiyalardan istifadə etdilər. Bu isə İraq müharibəsinə başlamaq üçün bəhanə oldu.
“The Guardian” isə yazır ki, yüksək rütbəli Britaniya hərbçisinin sözlərinə görə, Britaniya 10 il əvvəl İraqda müharibəyə “tamamilə məsuliyyətsiz” başladı və ölkə üzrə kəşfiyyat məlumatlarının yoxluğu milli miqyaslı biabırçılıq oldu.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info