Muxtar Respublikada 272 minə yaxın seçici qeydə alınıb
Tarix: 21.09.2016 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında aktiv seçki hüququna malik 271 min 938 seçici qeydə alınıb. Onlardan 4003 nəfəri ilk dəfə səs verən vətəndaşlardır.
Seçicilərin 137 min 576 nəfəri (50,6 faiz) kişi, 134 min 362 nəfəri (49,4 faiz) isə qadındır. 2015-ci il parlament seçkiləri ilə müqayisədə 2016-cı ildə muxtar respublika üzrə seçicilərin sayı 3 min 475 nəfər, yəni 1,3 faiz artıb.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendumda muxtar respublikada 292-si açıq və 24-ü qapalı olmaqla, 316 seçki məntəqəsi fəaliyyət göstərəcək. Məntəqələrdə Seçki Məcəlləsi ilə tələb olunan şərait yaradılıb.
Bu il muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının tərkibi yenidən təsdiq olunduqdan sonra məntəqə seçki komissiyalarının tərkibində də əsaslı dəyişikliklər aparılıb. Belə ki, muxtar respublika üzrə seçkilərin hazırlanıb keçirilməsini təmin edən məntəqə seçki komissiyaları, ümumilikdə, 1752 nəfər üzvdən ibarətdir. Bu komissiyalarının tərkibində 173 nəfər xarici dil müəllimi təmsil olunur.
Muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin 5 məntəqəsində olmaqla, ümumilikdə 35 seçki məntəqəsində müşahidə kameraları quraşdırılıb, sınaqdan keçirilərək hazır vəziyyətə gətirilib. Səsvermə günü həmin seçki məntəqələrində səsvermənin gedişini internet vasitəsilə izləmək mümkün olacaq.
Referendumun keçirilməsi üçün bütün seçki məntəqələri tam hazır vəziyyətə gətirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info