Mexikoda “Azərbaycanın təqdimatı” adlı tədbir keçirilib
Tarix: 21.09.2016 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən “Naucalli” parkının mədəniyyət sarayında “Instituto de Cultura y Parque Naucalli”nin təşkilatçılığı və ölkəmizin Meksikadakı səfirliyinin dəstəyi ilə “İpək Yolu” adı altında “Azərbaycanın təqdimatı” tədbiri keçirilib.Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Mehriban Səmədova bu kimi tədbirlərin müasir qloballaşma dövründə planetin ayrı-ayrı hissələrində yerləşən iki ölkə və Amerika ilə Avrasiya kimi iki nəhəng qitə arasında informasiya, fikir mübadiləsinin aparılmasında tərəflərin bir-birini kənar təsirlərin müdaxiləsi olmadan daha yaxından tanıması üçün bir körpü olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın gənc respublika olmasına baxmayaraq, çox zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu qeyd edib, ölkəmizin ictimai-coğrafi mövqeyi barədə ətraflı məlumat verib.M.Səmədova, həmçinin bildirib ki, Azərbaycan dini mənsubiyyət baxımından müsəlman ölkəsi olmaqla yanaşı, tarixən Qərblə yaxın əlaqələrə malik olub. Bu, mədəni irsimizdə Avropa və Asiyaya mənsub olmuş adət-ənənələrin varisliyinin qorunub saxlanmasında əksini tapıb. Azərbaycanın tarixən qədim ticarət yolları, o cümlədən İpək Yolu üzərində yerləşən ölkə olması, hazırki geosiyasi durumda Avropa və Asiya qitələri arasinda körpü kimi yenidən mühüm əhəmiyyət kəsb etməsi xüsusi vurğulanıb.Daha sonra tamaşaçılara “Azərbaycan haqqında” videoçarx nümayiş etdirilib. Vidoçarxda Azərbaycanın zəngin tarixi və mədəniyyəti, xalqımızın ağır sınaqlara məruz qaldığı zamanlar, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar, ölkədəki mövcud dini dözümlülük və multikulturalizm mühiti, bütün ölkələrlə beynəlxalq əməkdaşlığa dair prinsiplərə sadiqlik, idman və mədəniyyət sahəsində keçirilmiş beynəlxalq tədbirlər, ölkəmizin turizm imkanları barədə məlumat yer alıb.Sonra Mexikoda fəaliyyət göstərən “Nour Said” folklor qrupu tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından və digər Şərq xalqlarının repertuarından rəqslər ifa olunub.Proqramın növbəti hissəsində tərkibi əsasən həmvətənlərimizdən ibarət olan, uzun illər Meksikada fəaliyyət göstərən simfonik orkestrin ifasında Üzeyir Hacıbəyovun, Cövdət Quliyevin və Azərbaycanın digər bəstəkarlarının əsərlərindən ibarət konsert verilib.Sonda M.Səmədova “Naucalli” parkının baş aşpazlarına ispan dilində çap olunmuş “Azərbaycan milli mətbəx nümunələri” kitablarını təqdim edib.Konsert zalına girişdə Azərbaycana aid təşkil olunmuş stenddə səfirliyin sərəncamında olan tarixi eksponatlar, suvenirlər və Azərbaycan haqqında çap materialları, o cümlədən ölkəmizin turizm imkanları barədə bukletlər, jurnallar, broşürlər nümayiş etdirilib. Qonaqlara ölkəmizin şirniyyat nümunələrindən, çay və qəhvədən ibarət olan ziyafət verilib. Təqdimatla bağlı təəssüratlarını bölüşən tədbir iştirakçılarının bir çoxu Azərbaycan barədə öyrəndiklərinin onlar üçün böyük bir yenilik olduğunu bildirərək, bu ölkəyə səyahət etmək və daha yaxından tanış olmaq istəklərini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info