AZAL IOSA auditini uğurla keçib
Tarix: 21.09.2016 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” (AZAL) növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının IOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu keçib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bu audit AZAL aviaşirkətini bir daha mülki aviasiyada ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı kimi təsdiqləyib.
IOSA (IATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz məcburi standart və tövsiyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amili təsirindən risklərin minimallaşdırılması sistemi və düzəliş əməliyyatlarının vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulub. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.
“Aviaşirkətimizdə təhlükəsizlik məsələsi hər zaman ən prioritet məsələlər sırasında olub. “Azərbaycan Hava Yolları” artıq beşinci dəfədir ki, IOSA auditini uğurla keçir və bu bir daha təsdiq edir ki, bizim standartlar bütün beynəlxalq tələblərə uyğundur”, - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” 1993-cü ildən IATA-nın üzvüdür.
2015-ci ilin iyun ayında aviasiya daşımaları sahəsində dünyanın ən nüfuzlu reytinq şirkəti olan “Skytrax” konsaltinq şirkəti AZAL-ı nüfuzlu dörd ulduz reytinqi – “The World`s 4-STAR Airline” reytinqinə layiq görüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info