İmişlidə pambıqçılıqla bağlı 227 fermerlə müqavilə imzalanıb
Tarix: 21.09.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


İmişli Rayon İcra Hakimiyyətində sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı ilə bağlı keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib.
Müşavirədə rayonun rəhbər işçiləri, Milli Məclisin deputatları, fermerlər, pambıq istehsalçıları, təsərrüfat rəhbərləri, bələdiyyə sədrləri və kənd inzibati ərazi nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyələr sayəsində ölkəmizdə, eləcə də rayonda pambıqçılığın sürətli inkişafına əlverişli şərait yaradılıb. Bildirilib ki, rayonda pambıqçılığın inkişafı ilə bağlı yerli icra hakimiyyəti və bələdiyyə orqanları, qabaqcıl təsərrüfat işçiləri və fermerlər işə cəlb olunub, pambıq əkini ilə məşğul olan şirkətlər və fərdi təsərrüfat rəhbərləri ilə əlaqələr yaradılıb, rayonda pambıq əkininə marağın artırılması məqsədilə 227 fermerlə müqavilə imzalanıb. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində bu il rayonda ötən ildəkindən 2 dəfə çox, 5 min 51 hektar sahədə pambıq əkilib. Sahələrə aqrotexniki qaydada qulluq göstərilməsi nəticəsində bol məhsul yetişib. Artıq bir neçə gündür ki, pambıq sahələrində kütləvi məhsul yığımına başlanılıb və qısa müddətdə 100 tondan çox məhsul yığılaraq qəbul məntəqələrinə göndərilib. Mütəxəssislərin hesablamalarına görə, bu il sahələrdən 10 min tondan artıq məhsul götürmək mümkün olacaq.
Yıqıncaqda 2017-ci ildə rayonda pambıq əkini ilə bağlı görüləcək işlərdən də danışılıb və gələn il rayonda pambıq əkini sahələrinin 10-12 min hektara çatdırılması üçün dövriyyəyə yeni torpaq sahələrinin qaytarılması istiqamətində görülən işlər haqqında məlumat verilib.
Müşavirədə çıxış edən fermer və təsərrüfat rəhbərləri rayonda pambıqçılığın inkişafı ilə bağlı fikir və təkliflərini bildiriblər.
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info