Kəndlərdə yaşayan gənclər təlimlərə cəlb olunub
Tarix: 21.09.2016 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyini dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda maarifləndirmə tədbirləri keçirilib. “Yerli” Proqramı icra hakimiyyətləri və Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının 15 kəndini əhatə etməklə, 140 gəncin iştirakı ilə reallaşıb.
“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclərlə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Quba və Qusar rayonlarında təşkil olunan “Erudit” region gənclərinin intellekt festivalı ARGTMŞ-ın üzvü olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib. Tədbir kənd gənclərini intellektual oyunlara cəlb etmək, Azərbaycan tarixinin gənclər arasında təbliği və asudə vaxtının səmərəli keçirməsi məqsədilə təşkil olunub. Festivalda Quba rayonunun Ağbil, Aşağı Atuc, Aşağı Xuc, Əlibəyqışlaq, Dəlləkli, Yeni Güləzi, Vladimirovka və Qusar rayonunun Balaqusar, Həsənqala, Bədirqala kəndlərindən 80 gənc iştirak edib.
Xaçmaz, Şabran və Siyəzən rayonlarında təşkil olunan təlimlərdə isə ümumilikdə, 60 gənc iştirak edib. Kəndlərdə keçirilən təlimlər “Karyera planlaşdırılması və ixtisas seçimi” mövzusunu əhatə edib. Təlimlər zamanı gənclərə qeyd olunan mövzu ətrafında ixtisas seçərkən diqqət edilməli məqamlar və karyera quruculuğu haqqında ətraflı məlumat verilib. Daha sonra iştirakçılar əldə etdikləri mövzu ətrafında qrup işlərində iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info