“Erməni idmançının köynəyində “DQR” bayrağının əks olunması İranın siyasətinə ziddir”
Tarix: 21.09.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


“İdman yarışında erməni idmançının köynəyində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının əks olunmasını pisləyirik. Bu, İranın siyasətinə ziddir”.
 
Bu sözləri APA-nın İran bürosuna açıqlamasında parlamentinin Urmiyadan olan üzvü Nadir Qazipur deyib.

N. Qazipur qondarma “DQR”in bayrağının idman yarışında istifadəsini qanunsuz adlandırıb: “Bu iş İran daxilində tənqid olundu və pisləndi. Biz İranın daxilində azərbaycanlılara qarşı hörmətsizlik və ya hər hansı bir addım atılmasına icazə verməyəcəyik. Azərbaycan və İran iki dost ölkədir və bu iki ölkəni bir-birinə bağlayan çoxlu bağlar var”.
 
Cavad Cahangirzadənin Azərbaycana səfir təyin olunmasına toxunan parlament üzvü bildirib ki, C. Cahangirzadə Azərbaycanda İranın səfiri olmağa ən layiqli namizədlərdən biridir: “Onun özü azərbaycanlıdır və  üç dönəm parlamentdə deputat olub. Cahangirzadənin əlaqələri genişdir və Azərbaycanı da yaxşı tanıdığı üçün uğur qazanacaq”.
 
N. Qazipurun sözlərinə görə, Azərbaycan-İran əlaqələri yaxşı səviyyədədir: “Düşünürəm ki, iki ölkə əlaqələri daha da yaxşılaşa və güclənə bilər. Biz həmişə azərbaycanlı dostlarımızla əlaqələrimizi  daha da inkişaf etdirməyə çalışmışıq”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info