Azərbaycan növbəti dəfə sürətli poçt xidmətləri üzrə sertifikata layiq görülüb
Tarix: 21.09.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən XXVI Ümumdünya Poçt Konqresində iştirak edir.
 
Nazirlikdən verilən məlumata görə, Ümumdünya Poçt İttifaqının (ÜPİ) və Türkiyənin Poçt və Teleqraf Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konqresdə 192 üzv ölkə təmsil olunur.
 
19-20 sentyabr tarixlərində artıq konqresin ilk iclasları keçirilib. ÜPİ-nin EMS (Ekspress Mail Servis - Sürətli Poçt Xidmətləri) üzrə Baş Assambleyasının iki gün davam edən iclaslarında EMS xidmətlərinin göstərilməsi üzrə 2015-ci ildə dünya ölkələri arasında aparılmış qiymətləndirmənin nəticələri açıqlanıb və yüksək nəticə göstərmiş ölkələr mükafatlarla təltif edilib.
 
Azərbaycan poçtu növbəti dəfə EMS üzrə Qızıl səviyyəli ÜPİ sertifikatı ilə təltif olunub və ÜPİ-nin baş direktoru Bişar Hüseyn tərəfindən sözügedən mükafat Azərbaycanın nümayəndəsinə təqdim edilib.
 
Qeyd edək ki, konqres ÜPİ-nin ali orqanıdır və hər dörd ildən bir keçirilir.

Üç həftə davam edəcək konqresin ilk iki həftəsində müxtəlif komissiyalarda Konqresə təqdim olunmuş təkliflər ətrafında müzakirələr aparılıb müvafiq qərarlar qəbul ediləcək.
 
Sonuncu - üçüncü həftədə isə Nazirlər toplantısı, eyni zamanda ÜPİ-nin ali orqanları olan Administrativ və Poçt Əməliyyatları şuralarına seçkilər keçiriləcək.
 
Məlumat üçün bildirək ki, Azərbaycan hər iki Şuraya üzvlüyə namizəddir.
 
Konqresin son günü ÜPİ üçün əsas yol xəritəsi hesab edilən Ümumdünya poçt strategiyası imzalanacaq. 2017-2020-ci illər üçün nəzərdə tutulan yeni sənəd konqresin Türkiyədə keçirilməsi nəzərə alınaraq, İstanbul Poçt Strategiyası kimi tanınacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info