Applab yerli uğurunu paylaşır: “Kvotter” mobil sosial şəbəkəsi istifadəyə verildi”
Tarix: 21.09.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti böyük məmnuniyyətlə “Applab” proqramının iştirakçısı olan “Kvotter” layihəsinin növbəti uğurunu elan edir. Belə ki, “Kvotter” adlı tətbiqin beta versiyası Android platformalı cihazlar üçün istifadəyə verilib.
“Kvotter” - kitablardan sitat paylaşmaq üçün yeni mobil sosial şəbəkədir. “Kvotter” tətbiqini yükləyərək, hazırda oxuduğunuz kitabdan bəyəndiyiniz sitatın şəklini çəkərək, tətbiq vasitəsilə şəkildəki yazını mətnə çevirərək, yazıçı və kitab adını qeyd etməklə həm yaddaşda saxlaya, həm də dostlarınızla paylaşa bilərsiniz. Bundan əlavə, dostlarınızın nə oxuduqlarını və hansı sitatları paylaşdıqlarını görə və bəyənə bilərsiniz. “Kvotter” applikasiyasını yükləmək üçün bu keçiddən istifadə etmək olar.
Qeyd edək ki, bir müddət öncə Applab iştirakçılarının “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı olan “Wayra UK” şirkətinə təqdim ediyi 11 layihədən 4-ü xüsusi maraqla qarşılanaraq növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib. “Kvotter” də bu uğurlu layihələr sırasındadır. Son seçim mərhələsindən uğurla keçmiş layihələrə 70.000 ingilis funt sterlinqi məbləğində investisiya yatırılacaq. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir. “Bakcell” və “Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin startap layihələrini inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info