Azərbaycan yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər
Tarix: 21.09.2016 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


"Bu gün bütün yataqlar rəqəmsal və hesablayıcı qurğularla təchiz edilib. Bu səbəbdən də yataqlarda proqnozlaşdırma işləri aparmaq da asanlaşıb". Bunu bu gün keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında "Neft və qaz 2030: Gələcəyə baxış" adlı məruzəsində çıxışı zamanı AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru akademik İbrahim Quliyev bildirib. İntellektual neft-qaz yataqlarının araşdırılması istiqamətində fundamental tədqiqatların aparılmasının qarşıda duran vacib məsələlərdən olduğunu deyən İ. Quliyev qeyd edib ki, bu sahədə problemlərin həlli super kompüter texnologiyaları əsasında yeni metodların tətbiqi ilə mümkündür.
"Bütün zəlzələlər barədə məlumatları yataqların özündə izləmək mümkündür. Bizim institutlar da bu işlər üzərində işləyirlər", - deyə akademik bildirib.
İ. Quliyev əlavə edib ki, 2030-cu ildə Azərbaycan tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər: "Artıq bir neçə ildir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutu almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarından ayrılan karbohidrogen qazlarının uzunmüddətli termik monitorinqini aparırlar. Alınan nəticələr məhz bərpa olunan karbohidrogen sisteminin yaradılması üçün əsas olacaq".
Akademik onu da bildirib ki, gələcəkdə Neft və Qaz İnstitutunun fəaliyyətinin əsas istiqamətlərindən biri neft sənayesinin iqtisadiyyatı və onun inkişafının proqnozlaşdırılması olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info