Akif Nağı: “Müxalifətin mitinqində əsas mövzu Qarabağ olmalı idi, hansısa dini çağırışlar yox”
Tarix: 21.09.2016 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


“Qondarma rejimin rəhbərinin oğlunun Azərbaycandan olan nümayəndələrlə eyni tədbirdə olması çox arzuolunmayan bir məsələdir”


Son günlər gündəmdə radikal müxalifət başçılarının Qərb ölkələrinin səfirliklərinə çağırılaraq təlimatlandırılmasından sonra “milli şura” və Müsavat partiyasının təşkilatçılığı ilə mitinq keçirmələri oldu. Artıq sirr deyil ki, bəzi Qərb dairələri Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçiblər. Paralel olaraq qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal “Müsəlman Birliyi”nin sədri Taleh Bağırov və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının 11 və 17 sentyabr mitinqlərinə aktiv qoşulması, Müsavatın mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi sabitliyi pozmaq planında bəzi qonşu ölkələrin də yer aldığını sübut edir. ABŞ-Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə süni gərginlik, qarşıdurma yaratmaq üçün birgə plan həyata keçirirlər. Lakin keçirilmiş üç mitinqin fiaskoya uğraması, 3 milyon əhalisi olan paytaxtda aksiyalara 500-800 iştirakçının qatılması radikal antimilli qrupların və onların xaricdəki havadarlarının planlarını alt-üst etdi. Bu gün radikal dindarlara qucaq açan Əli Kərimli oğlunu bu dindarların əsas tənqid hədəfi olan ABŞ-da erməni separatçıları ilə birlikdə tədbirlərə istiqamətləndirir.
Əslində koordinasiyalı şəkildə təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antimilli plan iflasa məhkumdur. Elə özləri də aksiyalar məsələsində belə, ortaq məxrəcə gələ bilmirlər, ayrı-ayrılıqda mitinqlər təşkil edirlər.
Məsələ ilə bağlı fikrilərini öyrəndiyimiz politoloq Elxan Şahinoğlu müxalifət düşərgəsində fikir ayrılığının olmasını təbii hal saydı: “Müxalifətin mitinqlərdə iki məqsədini gördüm. Birincisi, hansı qüvvə daha çox insanı öz mitinqinə cəlb edə bilirsə, həmin qüvvə yaxın zamanlarda əsas müxalifət statusuna iddia edəcək. Bu məsələdə “milli şura” ilə Müsavat partiyası arasında rəqabət var. Doğrudur, hər iki müxalif qüvvə sözdə bir-birilərinin mitinqlərinə dəstək verdiklərini bəyan etdilər, ancaq reallıqda hər ikisi ana müxalifət statusu uğrunda mübarizə aparır. Bunu onların keçirdiyi mitinqlər də göstərdi. İkincisi, müxalifət qüvvələri indidən elektoratı fəallaşdırmağı planlaşdırırlar. Ancaq mitinqə gələnlərin hamısının müxalifəti dəstəklədiyini söyləmək çətindir”.
Siyasi şərhçi deyir ki, narazı elektoratın tamamının müxalifəti dəstəklədiyini vurğulamaq problematikdir. Əksinə, narazı elektorat “milli şura”nın özündən narazı görünür: “Məsələn “milli şura”nın mitinqlərinə islami cərəyanın nümayəndələri də qatıldılar. “Milli şura”nın mitinqlərində çıxış edənlər İslam Partiyasının lideri Mövsüm Səmədovun və Nardaran hadisələrinə görə həbs olunan “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırzadənin azad olunmasını tələb etdilər. Elə, mitinqlərdə iştirak edənlərin arasında Mövsüm Səmədov və Taleh Bağırzadənin tərəfdarları da az deyildi. Bu faktor narazı elektoratın bir hissəsini “milli şura”nın siyasətindən narazı qalmasına əsas verir.”

“Heç yerdə tanınmayan qondarma rejimin rəhbərinin oğlu aktiv şəkildə bizim əleyhimizə təbliğat aparır. Belə birinin Azərbaycandan olan nümayəndələrlə eyni tədbirdə olması çox arzuolunmayan bir məsələdir. Bunu qəbul etmək olmaz. Orada olan azərbaycanlıların qondarma rejimdən olan birinin də bu tədbirdə iştirak etməsindən xəbəri olubsa, buna kəskin reaksiya verməyiblərsə, bu, çox pis haldır.”


Mitinqlər keçirən müxalifətin xalqa canı yandığını yalandan göstərməsinin daha bir sübutu aksiyalarda xalqın əsas yaralı yeri sayılan Qarabağ probleminin qabardılmaması, məlum problemlə bağlı beynəlxalq təşkilatlara çağırışların edilməməsi, siyasət alimləri oldyuqlarını iddia edən bu müxalifət liderlərinin məlum problemlərlə bağlı ortaya konkret konsepsiya qoymamalarıdır. Axı, bu cür etiraz aksiyalarını beynəlxalq təşkilatlar da izləyir. Əslində bu problemin qabardılmamasının səbəbləri də var. Axı, beynəlxalq tədbirlərdə ermənilərlə bir araya gələn, onlarla bir masada oturan müxalifət rəhbərləri onlara qarşı kəskin şəkildə çıxa bilməzlər. Buna misal olaraq, Əli Kərimlinin qondarma rejimin rəhbərinin oğlu ilə eyni tədbirdə iştirak etməsini göstərmək olar. Vətənpərvərlikdən dəm vuran Əli Kərimlinin öz oğlu atasından, görünür yaxşı “vətənpərvərlik” nümunəsi götürüb. Əsl azərbaycanlı belə tədbiri ya durub tərk edərdi, ya da qondarma rejimdən olan birinin bu tədbirə qatılmasına etiraz edərdi. Bu məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı da bu cür halları qınadığını dedi: “İstənilən siyasi partiya və ya siyasi qurumlar hər hansı bir mitinq təşkil edirsə, orada Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər önə çəkilməlidir. Siyasi aksiyaların hansı səbəbdən təşkil olunmasının fərqi yoxdur. Bu aksiyalarda hökmən Qarabağ məsələsinə toxunulmalıdır. Hətta mitinqin mövzusu sosial problemlərlə bağlı olsa belə, ondan da önə Qarabağ problemi keçməlidir. Çünki Azərbaycanın hazırda bir nömrəli problemi Qarabağ məsələsidir. Ona görə də, hər dəfə aksiyalar olanda biz də diqqətlə bu prosesləri izləyirik. “Milli şura”nın mitinqləri ilə bağlı da təşkilatımız prosesləri diqqətlə izlədi. Düzü, o aksiyada olmamışam, amma bu mitinqdə iştirak edənlərdən soruşmuşdum ki, aksiyada Qarabağ məsələsi qoyuldumu? Az da olsa danışıblar. Qətnamə qəbul ediblər. Qətnamədə Qarabağla bağlı nə isə qeydləri olub-olmaması barədə də dəqiq bilmirəm. Amma bu cür aksiyalarda əsas mövzu Qarabağ olmalı idi, hansısa dini çağırışlar yox. Mitinqlərdə üstüörtülü şəkildə bu problemin üstündən keçmək olmaz. Əgər onlar aksiyada Qarabağ məsələsini əsas məsələ kimi ortaya qoymayıblarsa, hesab edirəm ki, bu çox ciddi nöqsan olub”.
QAT sədri ABŞ Konqresindəki dinləmələr zamanı Azərbaycan adından çıxış edən kimlərinsə qondarma rejimin rəhbərinin oğlu ilə eyni tədbirdə iştirak etməsini də mənfi hal kimi dəyərləndirdi: “Heç yerdə tanınmayan qondarma rejimin rəhbərinin oğlu aktiv şəkildə bizim əleyhimizə təbliğat aparır. Belə birinin Azərbaycandan olan nümayəndələrlə eyni tədbirdə olması çox arzuolunmayan bir məsələdir. Bunu qəbul etmək olmaz. Orada olan azərbaycanlıların qondarma rejimdən olan birinin də bu tədbirdə iştirak etməsindən xəbəri olubsa, buna kəskin reaksiya verməyiblərsə, bu, çox pis haldır. Düşməni təmsil edən biri ilə eyni masada oturmaq siyasi səhvdir. Bu hal bizə də müsbət heç nə vəd etmir. QAT adından da tələb edirəm ki, bu cür tədbirlərdə qondarma rejimin nümayəndəsi ilə eyni masada oturmaq kimi halların qarşısı alınsın”.

Tural TAĞIYEV







 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info