Türkiyənin ölkəmizdəki səfiri ilə Ədliyyə Nazirliyində görüş
Tarix: 22.09.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Sentyabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkun ilə görüşüb.
Dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən nazir bu münasibətlərin xalqlarımızın ümumi milli mənafelərinə uyğun daha da möhkəmləndiyini vurğulayıb, Türkiyənin bu ilin iyul ayında baş vermiş dövlət çevrilişinə cəhdin qarşısının qətiyyətlə alınaraq demokratiya yolu ilə uğurla inkişaf etdiyini qeyd edib.
Nazir iki ölkə arasında hüquqi sahədə qarşılıqlı fəaliyyətin daha da intensivləşdiyini, bu il məhkəmə, ədliyyə və prokurorluq orqanlarının rəhbər şəxslərinin Azərbaycana məhsuldar səfərlərini qeyd edib, əlaqələrimizin inkişafında səfir İsmail Alper Coşkunun xidmətlərini vurğulayıb.
Həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verilərək həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakı, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə hakimliyə namizədlərin Türkiyədə təlim keçdiyi təqdir edilib.
Qeyd olunub ki, hazırda hakimliyə namizədlərin növbəti seçimi aparılır və Türkiyə tərəfi tədrisə buraxılacaq namizədlərin qardaş ölkədə təcrübə keçmələrini təşkil etməyə hazır olduğunu bildirib.
Ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edən səfir ötən müddətdə Azərbaycanın dinamik inkişafının, sürətli dəyişikliklərin şahidi olduğunu qeyd edib. O, Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı xalq tərəfindən alındıqdan sonra ölkədə həyata keçirilən tədbirlərdən bəhs edərək Azərbaycan xalqının və dövlət başçısının hər zaman, o cümlədən çətin məqamlarda Türkiyənin yanında olduğunu vurğulayıb, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin davamlı inkişafından danışıb.
İ.A.Coşkun, həmçinin Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlığını bildirib, Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləyib.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info