“Aykakan Jamanak”: “Ermənilər artıq səfil həyatdan beziblər”
Tarix: 22.09.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Ermənistan hakimiyyəti Statistika Komitəsinə miqrasiya ilə bağlı məlumatları yaymağı qadağan edib

Ermənistanda iqtisadi fəallığın azalması kənd təsərrüfatına da təsirsiz ötüşməyib. Hazırda bu ölkənin kənd təsərrüfatını bürüyən tənəzzül elə həddə çatıb ki, artıq sadə erməni kənlisi də torpağı becərmək həvəsindən düşüb.
Yetişdirdiyi məhsulu sata bilməyən kəndlilər məcburən məhsullarını dövlət orqanlarının tabeliyində olan qəbul məntəqələrinə verməli olurlar. Amma bu da onların problemlərini həll etmir. Çünki qəbul məntəqələrindən məhsulun pulunu ala bilmirlər. Erməni kəndlisi bankdan götürdüyü kredit hesabına yetişdirdiyi məhsulu nə sata bilir, nə də qəbul məntəqələrindən pul ala bilir. Ona görə də məhsulların böyük hissəsi zay olub gedir. “Birinci informasiya” saytı yazır ki, bəzən kəndlilərə məhsul müqabilində elə cüzi məbləğ təklif edilir ki, bu, heç onun maya dəyərini ödəmir. Ölkədə istehsal müəssisələrinin olmaması da erməni kənlisi üçün böyük problemlər yaradır. Ermənistanın Milli Statistika Xidmətinin rəqəmlərinə istinad edən “Aykakan Jamanak” nəşri bu ilin 8 ayı ərzində ölkədə iqtisadi aktivlik göstəriciləri ilə bağlı məlumat yayıb. Qeyd edilir ki, 8 ayın göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli aşağıdır. Təkcə iyul ayında Ermənistanın kənd təsərrüfatında 4 faiz azalma qeydə alınıb. Bu azalma avqust ayında da davam edib. Bunu bu sahə üzrə ixtisaslaşan erməni mütəxəssislər də qeyd edirlər. “Aykakan Jamanak” yazır: “Reallıq budur ki, artıq əyalətlərdə yaşayış sönüb. Kənd təsərrüfatında çalışanlar artıq səfil həyatdan beziblər. Ümidsizliyə qapılan erməni kəndlilərinin də sayında son zamanlar xeyli azalmalar müşahidə edilməkdədir”. Doğrudan da, qəribə məntiq yaranır - öz torpağını becərmək imkanında olmayan bir dövlət başqa dövlətin torpaqlarını iddia edir. Qeyd edək ki, iqtisadi tənəzzül, sosial böhran Ermənistanda miqrasiya tempini artırıb. Bu barədə həqiqətlər isə işğalçı ölkənin hökuməti tərəfindən cidd-cəhdlə gizlədilir. Ermənistan Statistika Komitəsinə miqrasiya ilə bağlı məlumatların yayılması qadağan olunub. 1991-ci ildən indiyədək Ermənistanı 1,5 milyon insan birdəfəlik tərk edib. Bu barədə sosioloq Ruben Yeqanyan məlumat verib. O deyib ki, hər il ölkədən geri qayıtmamaq şərti ilə 35 mindən çox Ermənistan vətəndaşı köçür. Miqrasiya ilə bağlı statistik məlumatlar hökumət tərəfindən cidd-cəhdlə gizlədilir. Hətta Ermənistan Statistika Komitəsinə bu barədə xəbər yaymaq qadağan edilib. Ermənistan vətəndaşı Stella Arutunyan da hakimiyyətin iç üzünü açıb. O, “Epress Armenian” xəbər portalına müsahibəsində vaxtilə Azərbaycandan köçən ermənilərin ölkədə əsir həyatı yaşadığını deyir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info