Qvardiolanın qəzəbinə gələn ulduzlar
Tarix: 22.09.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Dünyaca məşhur "Goal. com" saytı "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolanın məşqçi karyerası ərzində problem yaşadığı və oynamağa şans vermədiyi məşhur futbolçuların siyahısını tərtib edib.
Siyahıda təcrübəli mütəxəssisin "Barselona", "Bavariya" və "Mançester Siti"də çalışdırdığı futbolçular yer alıb. P.Qvardiolanın "qara siyahı"sına son olaraq Yaya Ture daxil olub. Onun Ture ilə hələ "Barselona"dakı dövrdən münasibətləri yaxşı olmayıb. Bu soyuqluq aradan bir neçə il keçməyinə baxmayaraq, "Mançester Siti"də də davam edib. Pep afrikalı oyunçunu Çempionlar Liqası üçün heyətə daxil etməyib. Bu qərardan sonra Y.Turenin menecerinin sərt açıqlaması P.Qvardiolanı daha da əsəbiləşdirib. O, futbolçunun və ya menecerin üzr istəməyəcəyi təqdirdə, ulduz oyunçuya heç vaxt şans verməyəcəyini açıqlayıb. "Goal.com" saytının versiyasına əsasən, P.Qvardiolanın şans vermədiyi və qovduğu futbolçulardan ibarət rəmzi komandaya aşağıda adları qeyd olunan oyunçular daxil edilib.
Qapıçı: Co Hart (“Mançester Siti”)
Müdafiəçilər: Canluka Zambrotta (“Barselona”), Dante (“Bavariya”), Yaya Ture (“Mançester Siti”)
Yarımmüdafiəçilər: Emre Can (“Bavariya), Bastian Şvaynştayger (“Bavariya”), Toni Kroos (“Bavariya”), Deko (“Barselona”)
Hücumçular: Ronaldinyo (“Barselona”), Samuel Eto (“Barselona”), Zlatan İbrahimoviç (“Barselona")




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info