Taleh Bağırovun tərəfdarı şahidi təhqir etdi
Tarix: 22.09.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Məhkəmədə insident

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı İbrahim Kazımov şahid qismində ifadə verib(APA).
O, Nardaranda keçirilən əməliyyat zamanı Rasim Cəbrayılovu zərərsizləşdirdiyini deyib. Bildirib ki, içəridən Rasimin atəş açdığını görüb və ondan silahı alıb. Zərərçəkmiş şəxs qismində tanınmış Kazımov İbrahim Nəriman oğlu ibtidai istintaqa ifadəsində göstərib ki, T. Bağırovla bağlı idarəyə daxil olmuş məlumat əsasında əməliyyat tədbirinin keçirilməsinə qərar verilib. Saat 13 radələrində əməliyyat qrupunun üzvləri həyətə daxil olublar. Həmin həyətdə bir nəfər əlində olan tapançadan əməliyyat qrupunun üzvlərinə atəş açmağa başlayıb. Talehin tərəfdarları avtomat və tapançalardan qrup üzvlərini atəşə tutublar. Həmin şəxslərdən biri onların olduğu istiqamətdə əl qumbarası atıb. Nəticədə polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev irəlidə olduqlarından partlayan qumbaranın ətrafa səpələnən qəlpələri və açılmış atəşlərlə yaralanıblar. Təxminən 10-15 dəqiqə ərzində baş vermiş atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən T. Bağırovun tərəfdarları zərərsizləşdirilib. Polislərə tapançadan atəş açan şəxsin əlindən tapança alınarkən həmin şəxs müqavimət göstərib. O, həmin şəxsi tərk-silah edərək zərərsizləşdirib, həmin şəxs müqavimət göstərərək silahı vermək istəmədikdə silahın ucu onun alın, təpə və yanaq nahiyələrinə toxunub. Saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən məlum olub ki, həmin şəxs Cəbrayılov Rasim Mirzəbaba oğludur. Baxış keçirilərkən R. Cəbrayılovun polis əməkdaşlarına müqavimət göstərərkən alın, təpə və yanaq nahiyələrində sıyrıq və qançır xəsarətlərinin olması aşkar edilib. Təqsirləndirilən Abbas Hüseynov isə ondan ucadan danışmağı tələb edib və şahidi təhqir edib. Hakim A. Hüseynova xəbərdarlıq edib və xəbərdarlığın protokola qeyd edilməsini istəyib. Daha sonra hakim fasilə elan edib. Fasilədən sonra hakim bildirib ki, İ. Kazımov başqa vaxt çağırılıb ifadə verəcək. O, bir daha təqsirləndirilən şəxslərə xəbərdarlıq edib. Sonra BMCMİ-nin əməkdaşı Kamil Məmmədov şahid qismində ifadə verib. O, Aqil İsmayılovu zərərsizləşdirdiyini, ondan qumbara götürüldüyünü deyib. Zərər çəkmiş şəxs qismində tanınmış Məmmədov Kamil Bəylər oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, Baş İdarəyə “Müsəlman Birliyi Hərəkatı”nın sədri olan, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaratması barədə daxil olmuş məlumatların yoxlanılması ilə əlaqədar əməliyyat tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılıb. Saat 13 radələrində o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olublar. Bu zaman evdə və evin həyətində olan şəxslər həyətə daxil olmaqlarından xəbər tutaraq onlara atəş açmağa başlayıb. 10-15 dəqiqə ərzində davam edən həmin şiddətli atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən T.Bağırovun tərəfdarları zərərsizləşdirilib. Hadisə zamanı həyətin girişindən sağ tərəfdə yerləşən evdə bir nəfəri yaxalamaq istədikdə həmin şəxs əlində olan bir ədəd «nunçaqini» qarşısında sağa-sola hərləyərək ona və digər polis əməkdaşlarına müqavimət göstərib, polisləri ona yaxınlaşmağa qoymayıb. Lakin həmin şəxsə qarşı fiziki güc tətbiq edilib və həmin şəxs onun tərəfindən tutularaq zərərsizləşdirilib. Saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən İsmayılov Aqil Azər oğlu olması məlum olub. Aqil İsmayılovun üzərinə baxış keçirilərkən şalvarının sağ cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, əynindəki şalvarın sol cibindən isə Taleh Bağırovun müraciət kitabı aşkar edilərək götürülüb. Əməliyyat zamanı heç bir xəsarət almayıb. Vəkillər ondan atışma zamanı evə necə girdiklərini soruşub. O da atışma bitəndən sonra evə daxil olduqlarını deyib. Vəkil atışmanın niyə dayandığı barədə soruşanda isə şahid "yəqin ağılları başlarına gəldi" cavabını verib. Bu da təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Abbas Hüseynov hakimə irad tutaraq bildirib ki, şahidə xəbərdarlıq etsin. Hakim Ə. Abbasov isə A. Hüseynovun zaldan çıxarılmasına göstəriş verib. Sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra iclas A. Hüseynovun iştirakı olmadan başlayıb. Hakim bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, A. Hüseynov qaydalara tabe olmur: “Bu gün ona 3 dəfə xəbərdarlıq edilib. Siz də şahidsiniz onun etdiyi hərəkətlərə. A. Hüseynov yazılı şəkildə məhkəməyə müraciət edib, üzr istəsə və bir daha bu əməllərə yol verməyəcəyinə söz versə, iclasda iştirakı təmin olunacaq”. T. Bağırov və Fuad Qəhrəmanlı isə A. Hüseynovun bir daha məhkəməyə qarşı hörmətsizlik etməyəcəyinə dair söz veriblər. Hakim isə onun özünün müraciət etməsini istəyib. Təqsirləndirilən şəxslər isə buna etiraz ediblər. Onlar belə olacağı təqdirdə iclasda iştirakdan və vəkillərindən imtina edəcəklərini deyiblər. Daha sonra təqsirləndirilən şəxslər məsləhətləşmək üçün hakimdən vaxt istəyiblər. Hakim fasilə elan edib. Fasilədən sonra A. Hüseynov iclasda iştirak edib. A. Hüseynov heç kimə qarşı hörmətsizlik etmədiyini, məhkəmə tərəfindən hüquqlarının qorunmasını istədiyini deyib. Hakim isə onların hüquqlarının qorunduğunu deyib. Daha sonra Kamil Məmmədov proses iştirakçılarının suallarını cavablandırib. Bildirib ki, A. İsmayılovu mətbəxdə saxlayıb. A. İsmayılov isə onun mətbəxdə yox, həyətdə saxlanıldığını, onu saxlayan şəxsin Kamil Məmmədov olmadığını, üzərində silah olmadığını deyib. Şahid isə onun dediklərini təsdiq etməyib. Taleh Bağırov isə ondan antiterror əməliyyatın nə üçün BMCMİ tərəfindən keçirilməsinin səbəbini soruşub. Şahid orada silahlı birləşmə olduğu üçün əməliyyatın onlar tərəfindən keçirildiyini deyib. Şahid hadisə zamanı mənəvi zərər çəkdiyini də bildirib. Proses bu gün davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info