Q.Birrell: “Yeni layihə kənd təsərrüfatının gücləndirilməsində genişmiqyaslı səylərə töhfə verəcək”
Tarix: 22.09.2016 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi və BP-nin təşkilatçılığı ilə “Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən BP şirkətinin regional prezidenti Qordon Birrell bildirib ki, yeni layihə çox düzgün bir vaxtda həyata keçirilir və kənd təsərrüfatı sahəsinin gücləndirilməsi istiqamətində ölkədə aparılan genişmiqyaslı səylərə töhfə verəcək: “BP Azərbaycanda bir sıra təhsil və təlim layihələri həyata keçirilib. Bu gün başladığımız layihə Təhsil Nazirliyi  ilə birgə təşəbbüsdür və kənd təsərrüfatı sektoru üçün peşə təhsili və təlimi sisteminin modernləşdirilməsi istiqamətində ilk addımların atılmasını nəzərdə tutur”.
Təhsil naziri Mikayıl Cabbarov deyib ki, iqtisadiyyatın ixtisaslı kadrlara olan tələbatının ödənilməsi və müasir iqtisadi çağırışlara çevik reaksiya verə biləcək peşə-ixtisas təhsili sisteminin formalaşdırılması Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biridir. Onun sözlərinə görə, ölkədə peşə təhsilinin inkişafına dövlət başçısının diqqətinin nəticəsi olaraq Təhsil Nazirliyi  yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Nazir vurğulayıb ki, burada məqsəd ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, ölkə iqtisadiyyatı üçün rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil
22.02.2019
MŞ sədri bölgə qəzetinin 95 illik yubileyi ilə bağlı mərasimdə iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info