“Sıravi dindarlar nə AXCP, nə də Müsavatın mitinqlərinə dəstək vermir”
Tarix: 22.09.2016 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


“Referendum və mitinqlər Azərbaycanın siyasi gündəminə yeni bir faktor gətirdi: din faktorunu. Belə ki, radikallığa meylli bəzi dindarlar referendum öncəsi təbliğat-təşviqat kampaniyasının yaratdığı imkanlardan istifadə edərək öz varlıqlarını, mövcudluqlarını həm göstərməyə, həm də təsdiqlətməyə çalışdılar”. 
Azadinform xəbər verir ki, bu barədə açıqlama ilə Demokratik Azərbaycan Dünaysı Partiyasının sədri Əlisahib Hüseynov çıxış edib.
DADP sədri bildirib ki, son günlər radikal dindarlar xeyli fəallaşıblar: “Daha doğrusu, onları fəallaşdıranlar, körükləyib qızışdırmağa çalışanlar və onlardan sadəcə alət kimi istifadə etməyi hədəfləyənlər var. Bu qızışdırıcıların, körükçülərin də kimliyini, nəçiliyini sizlər hamınız yaxşı bilirsiniz. Söhbət təbii ki, Milli Şura - AXCP cütlüyündən və Müsavat partiyasından ibarət olan radikal müxalifət qüvvələrindən gedir. Müxalifətin bu cinahı dindarların narazı təbəqəsini zorla siyasiləşdirməyə, onları meydanlara çıxararaq öz sosial bazasını yenidən formalaşdırmağa, dindarların dəstəyi sayəsində yenidən güclü müxalifət obrazının heç olmasa görüntüsünü yaratmağa çalışırlar. Əli Kərimli və Arif Hacılı mitinq tribunasından dindarları salamlayaraq inanclı kəsimə rəsmən qucaq açdıqlarını sərgilədilər. İsa Qəmbər də onların akapellasına qoşuldu. Beləliklə də, sentyabrın 11-i, 17-i və 18-də keçirilən mitinqlər Azərbaycanın siyasi mozaikasına yeni bir çalar gətirdi”. 
Ə. Hüseynov bildirib ki, dindarlar da siyasi palitranın bir rənginə çevrilməyə can atdılar: “Həm də "Allahu Əkbər" sədalarının müşayiətilə və mən həmin sədaları eşidəndə özümü bir anlığa Azərbaycanda deyil, İraqda, Əfqanıstanda, Liviyada, lap elə Suriyada hiss elədim. Sanki "əl-Qaidə", "əl-Nüsra", İŞİD yaraqlılarının qəzəbli "Allahu Əkbər" bağırtılarını Bakının tən mərkəzində dinləyirdim. Bu nə deməkdir, bəylər?”  
DADP sədri əlavə edib ki, dinə siyasi alət kimi baxmayan, ondan öz çirkin məqsədləri və qrup maraqları üçün istifadə etməyi düşünməyən, dini yalnız bir iman məsələsi kimi bilən, İslamı yalnız Allahla özü arasında körpü kimi dəyərləndirən və gündəlik ibadətlərini yerinə yetirən sıravi dindarlar nə AXCP-yə, nədəki Müsavat partiyasına rəğbət bəsləmir və mitinqlərinə də dəstək vermir: “Bəs AXCP-nin və Müsavatın son mitinqlərinə can atan, "Allahu Əkbər" qışqıran dindarlar kimlər idi? Ölkədə siyasi hakimiyyəti ələ keçirməyi planlayan və dini ekstremizm hərəkətlərinə yol verən mövsüm səmədovçular, taleh bağırzadəçilər, gülənçilər və vəhhabi-sələfi cərayanına mənsub olan bir qrup dini marginallar. Baxın, Azərbaycanın ana müxalifəti rolunu oynamağa iddialı partiyaları son anda həm cəmiyyət üçün, həm də dövlətin təhlükəsizliyi üçün təhlükə törədən bu cür radikal dini ünsürlərə "stavka" etdilər. Bu isə heç də sıradan bir məsələ deyil. Öz siyasi elektoratını, sosial bazasını, tərəfdarlarını tamamilə itirmiş və indi də bir qrup narazı dindarların ümidinə qalmış aparıcı müxalifət partiyalarının sabah da eynilə Suriyadakı müxalif siyasi qüvvələr kimi silahlı mübarizə üsullarına əl atmayacaqlarına əslində heç bir zəmanət yoxdur. Elə "Məhsul" stadionundakı məlum mitinqlərdə səsləndirilən aqressiv şüarlar və tez-tez təkrarlanan "İstefa" şüarları da bunu deməyə əsas verir ki, radikal müxalifət həqiqətən də radikal mübarizə yolunu seçib. "Allahu Əkbər"i imanının səsiylə deyil, siyasi məqsədlərlə qışqıran dindarlara siyasi kart-blanş vermək isə AXCP və Müsavatın açıq şəkildə odla oynaması deməkdir”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info