Millət vəkili Sankt-Peterburqda RAGT fəalları ilə görüşüb
Tarix: 22.09.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Sankt-Peterburq şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycanda sentyabr ayının 26-da keçiriləcək Referendumla əlaqədar “Dəyirmi masa” keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin tapşırığına əsasən Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev tədbirdə iştirak edib. Milli Məclisin deputatı Adil Əliyev, Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov, Milli Məclis Sədrinin köməkçisi-MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Emin Hacıyev, “Vətən” İctimai Təşkilatının sədri Məzahir Həsənov, RAGT Sankt-Peterburq regional bölməsinin sədri Zülfüqar İsmayılov, digər rəsmi şəxslər, Sankt-Peterburq şəhərində yaşayan və işləyən 80 nəfərdən yuxarı Azərbaycanlı gənc və onların başqa ölkələrdən olan gənc dostları tədbirə qatılıblar. Tədbiri RAGT İdarə Heyətinin üzvü Emin Hacıyev açaraq sözü deputat Rüfət Quliyevə vermişdir. İclasa sədrlik edən Rüfət Quliyev ilk növbədə Azərbaycanda hökm sürən davamlı siyasi və iqtisadi sabitlik, qazanılmış böyük uğurlar barədə ətraflı məlumat verib, Referendumun keçirilməsinin zəruriliyindən, ölkə Konstitusiyasına ediləcək dəyişiklik və əlavələrin mahiyyətindən ətraflı bəhs edib. Sonra müzakirələr dialoq şəklində davam etdirilib və növbə ilə RAGT-nın üzvləri, iştirak edən Azrbaycanlı nümayəndələr çıxış edərək, Referdumla əlaqədar öz fikirlərinin bölüşüblər. 3 saata yaxın davam edən tədbir çox maraqlı və işgüzar şəraitdə keçib, Sankt-Peterburqda yaşayan Azərbaycanlı gənclər çıxışlarında Vətənə sadiqliklərini, onun yolunda hər cür fədakarlığa hazır olduqlarını bildiriblər. Tədbir başa çatdıqdan sonra Rüfət Quliyev azərbaycanlı gənclərlə əlavə olaraq görüş də keçirib. Bir saatdan artıq davam edən görüşdə Rüfət Quliyev onların çoxsaylı suallarını cavablandırıb və Azərbaycan gerçəklikləri barədə müfəssəl məlumat verib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info