“Bakcell” yeni fürsət təqdim edir
Tarix: 22.09.2016 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti öz abunəçilərinin qayğısına qalaraq onların rahatlığını təmin etmək məqsədilə yeni fürsət təqdim edir. Belə ki, 26 sentyabr 2016-cı il tarixindən etibarən “Bakcell” abunəçilərinə fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçid imkanı təklif edəcək. Bu təklif abunəçilərə zəng etmək yolu ilə təqdim olunacaq. Zəng olunacaq abunəçilərə aylıq abunə haqqı olan tarif paketlərindən biri təklif ediləcək və abunəçilər yalnız onlara təklif olunan tarif paketinə keçid edə biləcəklər. Bu imkandan yalnız “Bakcell”dən zəng qəbul etmiş abunəçilər yararlana biləcəklər. Bu keçidlə bağlı abunəçidən hər hansı müqavilə imzalamaq və ya keçid haqqı ödəmək tələb olunmur. Abunəçi fakturasız xətdəki tarif paketindən fakturalı xətdəki tarif paketinə keçidi özünün keçid ediləcək nömrəsinə gələn SMS-ə verəcəyi cavab SMS-i vasitəsilə təsdiq edəcək. Tarif paketlərinin keçidi zamanı abunəçiyə təqdim olunan məlumata əsasən həmin nömrədə abunəçinin qəbul etdiyi tarif paketinin aylıq abunə haqqı həcmində və əlavə olaraq 10 AZN məbləğində kredit limiti ayrıla bilər. Tarif paketlərinin keçidi aşağıdakı qaydada baş tutacaq:
Abunəçiyə “Bakcell”in (055) 6199964 nömrəsindən zəng ediləcək və abunəçiyə fakturalı xətdəki aylıq abunə haqqı 9 AZN, 15 AZN, 25 AZN, 50 AZN və ya 85 AZN olan tarif paketlərindən birinə keçid etmək təklif olunacaq;
Abunəçi razılıq verdiyi təqdirdə, onun razılığını təsdiq etmək üçün abunəçinin nömrəsinə təklif olunan tarif paketinə uyğun aşağıda qeyd olunan nömrələrdən müvafiq SMS göndəriləcək:
9 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5116 nömrəsindən;
15 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5117 nömrəsindən;
25 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5118 nömrəsindən;
50 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5119 nömrəsindən;
85 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5120 nömrəsindən.
Abunəçi razı olduğunu təsdiq etmək üçün müvafiq nömrədən gələn SMS-ə “1” yazıb göndərməlidir. Abunəçi təsdiq SMS-i göndərdikdən bir neçə dəqiqə sonra mövcud tarif paketinin dəyişdirilməsi baş verəcək.
Abunəçi müvafiq keçiddən sonra istədiyi zaman “Bakcell”in müştəri xidmətlərinə yaxınlaşıb müvafiq sənədləri təqdim etmək və müvafiq xidmət haqqını ödəmək şərtilə fakturasız xəttə geri qayıda bilər. Bakcell şirkəti yaxın gələcəkdə bu prosesə yeni tarif paketlərini əlavə etməklə öz abunəçilərini sevindirəcək. Tarif paketlərinə keçidlə bağlı yaranan hər hansı suala abunəçilər “Bakcell”in müştəri xidmətlərinə müraciət etməklə, 555 nömrəsinə zəng vurmaqla və ya SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info