Horadizdə ermənilərin dağıtdığı daha bir küçə yenidən qurulub
Tarix: 22.09.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış və yandırılmış daha bir küçə - Qurban Namazəliyev küçəsi yenidən qurulub. Küçəyə yeni asfalt örtüyü və səkilər salınıb, istinad divarları hörülüb, müasir işıqlandırma sistemləri quraşdırılıb. Qurban Namazəliyev küçəsinin açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev rayonda gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş tikinti-quruculuq işlərindən danışıb.
Bildirilib ki, düşmənlə bir neçə addımlıqda yaşayan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Son illər Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 7 küçə yenidən qurulub. Ümumi uzunluğu 15 kilometrdən çox olan həmin küçələrə yeni asfalt örtük və səkilər salınıb, yeraltı elektrik kabelləri çəkilib, yeni divarlar hörülüb, 5 mindən artıq həmişəyaşıl ağacı əkilib, işıqforlar qoyulub, geniş abadlıq işləri görülüb. Küçələrin təmizliyi, səliqə-sahman işləri daim diqqət mərkəzində saxlanılır.
Bu gün Füzuliyə gələn hər bir qonaq artıq müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin, abadlığın şahidi olur, insanların xoş günlərinə sevinirlər.
Mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info