“Asan İmza” Özbəkistanda təqdim edilib
Tarix: 22.09.2016 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Özbəkistanın paytaxtı Daşkənd şəhərində “ICTWEEK Uzbekistan 2016” informasiya-kommunikasiya texnologiyaları həftəsi keçirilib. 
ASAN Xidmət Mərkəzindən verilən xəbərə görə,  Özbək İKT həftəsi çərçivəsində baş tutan çoxsaylı tədbirlərdən biri olan İnternet Forumda “B.EST Solutions” şirkəti Azərbaycanın “Asan İmza” mobil elektron imza texnologiyasını təqdim edib. Şirkətin rəhbəri Yana Krimpe bildirib ki, innovativ cəhətlərinə və istifadədə rahatlığına görə, hazırda Azərbaycanda “Asan İmza” vasitəsilə təqdim edilən elektron xidmətlərin sayı yüzlərlə ölçülür və bu xidmətlərə daxil olmaq üçün sadəcə mobil telefonun və bütün mobil operatorlar üçün eyni olan Asan İmza SIM-kartının mövcudluğu kifayət edir. “Asan İmza” ilə mümkün olan e-xidmətlər sırasında elektron vergi və gömrük bəyan etmə xidmətləri, hüquqi şəxslərin onlayn qeydiyyatı, korporativ bank hesabının onlayn açılması, işəgötürənlə işçi arasında bağlanılan əmək müqaviləsinin onlayn qeydiyyatı, ali məktəblərə daxil olmanın onlayn qeydiyyatı, mobil imza texnologiyasının telefon çağrı mərkəzləri ilə inteqrasiyası, internet və mobil bankçılıq və s. kimi  xidmətlər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.
Tədbir çərçivəsində Özbəkistanda Azərbaycanın “Asan İmza” modeli əsasında mobil identitet və imza texnologiyasının tətbiqi sahəsində mümkün əməkdaşlıq məsələlərinin müzakirə edildiyi ikitərəfli görüşlər də keçirilib. Builki “ICTWEEK Uzbekistan” həftəsi Rusiya, Böyük Britaniya, ABŞ, Koreya, Belçika, Qazaxıstan, Azərbaycan, İsrail, Çin, İsveçrə və digər ölkələri təmsil edən sahibkarları, rəhbər şəxsləri və mütəxəssisləri bir araya gətirib. Ümumilikdə, tədbirin işinə sıralarında dövlət orqanlarının və İKT sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, beynəlxalq ekspert və analitiklər, iri texnoloji şirkətlərin təmsilçiləri və digər vəzifəli şəxslərin olduğu 400-dən artıq iştirakçı qatılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info