İSESCO Tolerantlıq Mərkəzinə töhfəsini verəcək
Tarix: 19.03.2013 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Bu barədə qəzetimizə komitənin Mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı İSESCO ilə qarşılıqlı əlaqələr barəsində fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqaməti müzakirə mövzusu olub.
Dövlət komitəsinin sədri ölkəmizdəki mövcud tolerant mühit barədə qonağa ətraflı məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda dinlərarası münasibətlərdə tolerantlığın ən yüksək səviyyəsi mövcuddur.
İSESCO-nun baş direktoru da öz növbəsində Azərbaycandakı toreantlıqdan məmnunluğunu ifadə edib və bildirib ki, bu, dünyada nadir rast gəlinən nümunədir.
Görüşdə ötən ilin dekabr ayında Bakıda İSESCO-nun da həmtəşkilatçılığı ilə keçirilmiş “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu zamanı DQİDK, BMT-nin Azərbaycan ofisi və DƏ İKGF arasında imzalanmış anlaşma memorandumuna əsasən təsis edilmiş Tolerantlıq Mərkəzinin gələcək fəaliyyəti barəsində fikir mübadiləsi aparılıb. Görüşdə Mərkəzin fəaliyyətinə İSESCO-nun verə biləcəyi töhfələr barəsində müzakirə aparılıb və konkret layihələr ətrafında fikir mübadiləsi olub. İSESCO-nun Mərkəzin həmtəsisçisi olması haqqında təklif məmnunluqla qəbul edilib.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info