Daha 10 dini icmaya maliyyə vəsaiti ayrılıb
Tarix: 22.09.2016 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Toplantıda iştirakçılara ölkəmizdəki dini durum barədə məlumat verilib. Bildirilib ki, müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib, dinə dövlət qayğısı özünün ən yüksək həddinə çatdırılıb. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilib, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Dövlət başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyəti qeyd edilib.
Dövlətin daim dindarların və dini icmaların yanında olduğu, mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayırdığı vurğulanıb. Dini icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, xalqımızın tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğu bildirilib, müvafiq Sərəncam dövlətin dinə qayğısının bariz nümunəsi kimi qiymətləndirilib.
Maliyyə vəsaiti ayrılan Göyçay rayonu Potu kənd məscidi dini icması “Tolerantlıq ənənələrinin qorunub-saxlanılması”, Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyub Ağa” məscidi dini icması “Tolerantlıq – radikalizmə alternativ kimi”, Quba rayonu Zizik kənd məscidi dini icması “Ənənəvi İslam və multikultural dəyərlərin təbliği”, Qobustan şəhəri “Heydər” məscidi dini icması “Gənclərin radikal təsirlərdən qorunması”, Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri”, Şəki şəhər mərkəzi “Cümə” məscidi dini icması “Dini radikalizmlə mübarizə hər birimizin borcudur”, Bakı şəhəri Yasamal rayonu “Qasımbəy” Cümə məscidi dini icması “Dini radikalizm və ekstremizmlə mübarizə”, Bakı şəhəri Səbail rayonu İçərişəhər “Cümə” məscidi dini icması “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şamlı” məscidi dini icması “Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə”, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi “Şıxlar” məscidi dini icması “Dini radikalizmin təzahür formaları və onunla mübarizənin əhəmiyyəti” layihələrini həyata keçirəcəklər. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə keçirdikləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info