Dollar 1,6 manata qədər ucuzlaşa bilər
Tarix: 22.09.2016 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Azərbaycanda dolların rəsmi məzənnəsi 1,60 manata qədər enə bilər. 
"Report"un analitik qrupunun müşahidələrinə görə, sentyabrın 21-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin sabit saxlanılması barədə qərarından sonra Azərbaycanın valyuta bazarında bu gün bir qədər də sabitləşmə var. 
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə bu gün keçirdiyi növbəti valyuta hərracına çıxarlmış 150 mln. ABŞ dollarının 61,4 mln. dolları satılıb. Bu isə onu deməyə əsas verir ki, dollara tələb ötən günlərlə müqayisədə kifayət qədər azalıb. 
"Report"un analitik qrupu sabaha AMB-nin AZN/USD məzənnəsinin 1,63 səviyyəsindən aşağı düşəcəyini proqnozlaşdırır. Yaxın günlərdə neftin qiymətinin yüksəlməsi, əsas ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin milli valyutalarının (rubl və lirə) məzənnəsinin möhkəmlənməsi fonunda AZN/USD məzənnəsinin 1,60 səviyyəsinə qədər geriləyəcəyi ehtimal edilir. 
AZN/USD məzənnəsinin ilin sonuna qədər 1,55 səviyyəsinə düşmək ehtimalı da var. Neftin bahalaşmasının manatın möhkəmlənməsinə dəstək olacağı bildirilir. 
Qeyd edək ki, hazırda Azərbaycanın kommersiya banklarında dolların ən yaxşı alış məzənnəsi 1,63, ən yaxşı satış məzənnəsi 1,65 AZN-dir. 
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasının qərarı ilə sentyabrın 16-dən milli valyutadakı əmanətlərin sığortalanma faizinin 15%-ə yüksəldilməsindən sonra banklar da manat əmanətlərinin illik gəlirliliyini 15%-ə qaldırmağa başlayıblar. Bu amilin manata inamı bir qədər artıracağı və əhalinin dollar vəsaitlərinin bir hissəsini manat vəsaitlərinə keçirəcəyini deməyə əsas verir. Son nəticədə milli valyutanın məzənnəsi möhkəmlənə bilər. 




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
16.01.2019
“Buta Airways” maydan Həştərxana birbaşa aviareyslərə başlayacaq
16.01.2019
Ötən il Azərbaycanın ixracı 18 milyard dollardan çox olub
16.01.2019
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
16.01.2019
VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info