Referendum: Azərbaycan heç kimi təkrar etmir, onun öz yolu var!
Tarix: 22.09.2016 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Bu yolu biz özümüz müəyyən etmişik. Artıq 12- ci ildir ki, Azərbaycan bənzəri olmayan bir sürətlə inkişaf edərək, bölgənin həm iqtisadi və həm də siyasi güc mərkəzinə çevrilib və o, bu yolu bundan sonra da davam etdirmək əzmindədir. Bu yolun başlanğıcı ULU ÖNDƏR tərəfindən 1993 - 1994- cü illərdə qoyuldu və 1995- cı ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bundan sonrakı illərdə Azərbaycan müstəqilliyin başlanğıcında səriştəsiz idarəçilik nəticəsində düşdüyü siyasi və iqtisadi kataklizmalardan düşünülmüş bir ssenari ilə çıxmağa üz tutdu. Düşünülmüş idarəçiliklə bu gün inkişafın ən yüksək səviyyəsinə gəlib çatmış Azərbaycanın həm iqtisadi və həm də siyasi durumunu o illərin iqtisadi, siyasi durumu ilə müqaisə etmək mümkün deyil. Bu illər ərzində Azərbaycan sadəcə inkişaf etməyib, o, sözün əsil mənasında inqilabi dönüşə nail ola bilib. İndi kimsə o dövrün iqtisadi, maliyyə göstəricilərini bu günün müvafiq göstəriciləri ilə müqaisə edə bilərmi? Belə müqaisə mümkün deyil. Görülən işlərə kölgə salmaq, hər işdə bir qara axtarmaq xislətindən xali olmayanlar bilməlidilər ki, bu uğurlara kölçə salmaq mümkün deyil, çünki onları bütün dünya görür və təsdiq edir. Mükəmməl heç nə olmur. Bu qədər işlər görülürkən nöqsanlarsız da ötüşmək mümkün deyildi. Mühüm olan budur ki, nöqsanlar aşkarlandıqca onlar qətiyyətlə aradan qaldırılır. Bu yolda heç kimə güzəşt edilmir. Dövlət başçısının “heç kimin toxunulmazlıq statusu ola bilməz” çağrışı tam gücü ilə işləyir. Bu çox tədqirəlayiq bir haldır.
Bu gün Azərbaycan regionun əsas oyunçusuna çevrilib. O bölgənin ən qüdrətli iqtisadi və siyasi güc mərkəzi kimi özünün layiqli yerini tutub. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hər hansı bir transmilli layihənin reallaşması, hər hansı siyasi bir məsələnin həlli mümkün deyil. Bu gün Azərbaycan Avropanın on illər boyu yaşadığı enerji asılılığı probleminin həllində dönüş yaradacaq bir layihənin müəllifi kimi bütün dünyaya sözünü deyə bilir. Bu gün Azərbaycanın həm qərb, həm şərq, həm şimal və həm də cənub üçün əhəmiyyəti əvvəlkindən qat-qat böyükdür.
Bir sözlə bu gün Azərbaycan yaxın və uzaq güclərin çox böyük maraq dairəsində olan bir məmləkətdir. Qarşı tərəflər üçün onun təkcə təbii sərvətləri deyil, həm də coğrafi mövqeyi kifayət qədər əhəmiyyətlidir. Biz bütün böyük güclər üçün strateji maraq kəsb edən bir ölkəyik. Lakin bu bizə heç də həmişə istədiklərimizi vermir. Bizim öz maraqlarımız var. Biz güclü dövlət olmaq, Qarabağ savaşındakı uğursuzluqları bizə miras qoyanların səhvlərini düzəltmək, nümunəvi multikultural və taleyrant bir məmləkət kimi, gücündən qabaritindən asılı olmayaraq hər kəsi özü ilə hesablaşdırmaq yolunu tutmuşuq. Bu yollu tutmaq və onunla uğurla irəliləmək, çox çətindir, ancaq şərəflidir. Bir baxın, bu gün Azərbaycanın da yerləşdiyi böyük regionda təmsil olunan ölkələr və bütövlükdə keçmış Sovetlər Birliyinə aid olan ölkələr içərisində bir Azərbaycan öz neytral mövqeyini qoruyub saxlaya bilib. Qalan hər bir dövlət öz seçimini edib. Bu gün kimin hansı gücün yanında olduğu hər kəsə gün kimi aydındır. Biz isə heç kimin yanında deyilik. Bizim öz yolumuz var. Biz özümüz özümüzün yanındayıq. Bu yol çox ağır yoldur. Bu yolu aparan dövlət başçısı böyük siyasi iradə sahibidir. Bu yolun bundan sonra daha uğurla davam etdirilməsi ölkədə siyasi islahatları zəruri etdi. Heç şübhə yoxdur ki, sentyabr ayının 26-da Azərbaycan vətəndaşları öz hakimiyyətinin dayaqlarının möhkəmlənməsini, onun apardığı quruculuq işlərinin səmərəliliyini təmin etməyi hədəfləmiş siyasi islahatlara “HƏ” deyəcək!
Fikrət Ysifov
İqtisad elmləri doktoru, professor




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info