NGBM-in nümayəndələri Bill Klintonla görüşüb
Tarix: 22.09.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının və dünyanın nüfuzlu siyasətçiləri, iş adamları və dövlət xadimləri ilə görüşlərini davam etdirir. Təşkilatın rəhbərliyi səfər çərçivəsində Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Bill Klinton, BMT Baş Katibliyinə namizəd, YUNESKO-nun baş direktoru İrina Bokova, Avropa İttifaqının vitse-prezidenti Kristalina Georgiyeva, Avropa İttifaqının sabiq Prezidenti Xose Manuel Barrozo ilə görüşlər keçirib.
Hər bir görüşdə NGBM-in nümayəndələri təşkilatın fəaliyyəti, əməkdaşlıq etdiyi beynəlxalq qurumlar və hökumətlər, Mərkəzin həyata keçirdiyi layihələrin məqsədi və əhəmiyyəti barədə qarşı tərəfi məlumatlandırıb. Müzakirələr zamanı 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumu, Forumun gündəliyində duran aktual məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edilib, səmərəli müzakirələrin aparılması üçün bu tədbirin yaxşı imkan yaratdığı bildirilib. Qeyd olunub ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.
Qeyd edək ki, NGBM-in Nyu-Yorka səfər edən nümayəndə heyətinin tərkibinə Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin Baş katibi Rövşən Muradov daxildir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İspaniyada Suriyadakı terrorçuları maliyyələşdirən qruplaşma zərərsizləşdirilib
19.06.2019
Kolumbiya ilə Venesuela sərhədində partlayışlar
19.06.2019
Misirlə ABŞ arasında əmtəə dövriyyəsinin səviyyəsi rekord həddə çatıb
18.06.2019
Tramp Pentaqonun yeni başçısını təyin edib
18.06.2019
Angela Merkel Vladimir Zelenski ilə görüş zamanı özünü pis hiss edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info