Miqrasiya Xidmətində yeni baş idarə yaradılıb
Tarix: 22.09.2016 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidmətində yeni baş idarə və baş idarənin tərkibində iki idarə yaradılıb. Bununla bağlı Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Vətəndaşlıq məsələləri idarəsi haqqında Əsasnamə”də dəyişikliklər edib.
Dəyişikliyə əsasən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri idarəsinin əsasında Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsi yaradılıb. Əgər Vətəndaşlıq məsələləri idarəsinin strukturuna 1 şöbə -Vətəndaşlıq məsələləri şöbəsi daxil olubsa, baş idarənin strukturuna 2 idarə -Vətəndaşlıq məsələlərinin həlli idarəsi və Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsi daxildir. Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin tərkibinə 1 şöbə -Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi şöbəsi daxildir.
Ümumilikdə, Vətəndaşlıq məsələləri baş idarəsinin fəaliyyət istiqamətlərinə Azərbaycan vətəndaşlığına qəbul, bərpa və Azərbaycan vətəndaşlığından çıxma ilə bağlı daxil olmuş vəsatətlərə və Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı işlərə baxılmasında iştirak etmək, Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən etmək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək daxildir. Buna müvafiq olaraq Baş idarənin vəzifələri sırasına Azərbaycanda yaşayan şəxslərdən Azərbaycan vətəndaşlığına qəbul, bərpa və Azərbaycan vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul etmək, həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi istiqamətində işləri aparmaq, Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda nəzərdə tutulmuş qaydada və məzmunda andiçməsini təşkil etmək, Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı işlər üzrə toplanmış sənədlərin və aidiyyəti dövlət orqanlarının rəylərinin baxılmaq üçün məhkəməyə göndərilməsi istiqamətində işləri aparmaq, Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi ilə bağlı daxil olmuş vəsatətləri müvafiq qaydada araşdırmaq və cavablandırılması işini təşkil etmək daxildir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info