İsrailin Akko şəhərinin meri: “Ermənilərin heç bir təhdidi mənim mövqeyimi dəyişə bilməz”
Tarix: 22.09.2016 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ Azərbaycan ərazisidir". APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Akko şəhərinin meri Şimon Lankri deyib.
O bildirib ki, Akko şəhərində tez-tez Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir: “Ermənilər dəfələrlə mənə yazıblar və bu tədbirlərin keçirilməsinə etiraz ediblər. Lakin mən birmənalı şəkildə bəyan etmişəm ki, Azərbaycana dəstək verməkdə davam edəcəyəm. Ermənilər tərəfindən heç bir təhdid və ya məktub mənim mövqeyimi dəyişə bilməz”.
O həmçinin qeyd edib ki, Akko azərbaycanlı icmanın ən çox yaşadığı şəhərlərdən biridir: "Yəhudilər Azərbaycanın müdafiəsi uğrunda qan töküblər. Bizim Albert Aqarunov adlı Milli Qəhrəmanımız da var. Onun qardaşı hazırda burada yaşayır. Anası burada dəfn olunub”.
Ş. Lankri Azərbaycana 2015-ci ildə səfər etdiyini deyib, Quba şəhərindəki "Krasnoya Slaboda" qəsəbəsinə getdiyini bildirib. Mer Akko ilə Qubanın qardaşlaşmış şəhərlər olmaq barədə razılaşma əldə etdiklərini də diqqətə çatdırıb: “2017-ci ildə bu razılaşmanın imzalanmasına hazırlıq gedir. Gələn ilin may-iyun aylarında Azərbaycan prezidentinin müşaviri Kamal Abdullanın dəvəti ilə Bakıya səfər edəcəyik”.
Mer hazırda Akko şəhərində “Azərbaycan evi”nin inşa edildiyini də bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info