“Azərsu”-dan istehlakçılara yeni e-xidmət
Tarix: 22.09.2016 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması məqsəi ilə “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması" elektron xidmətinin göstərilməsinə başlanılıb.
Borcun olmaması haqqında arayışın alınması elektron xidmətindən mülkiyyət hüququnun dəyişdirilməsi ilə bağlı məsələlərdə istifadə olunur. Belə ki, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və mülkiyyət hüququ başqasına verilərkən, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb olunur. İndiyədək borcun olmaması haqqında arayışın alınması üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər. Bu da əlavə vaxt itkisi və texniki prosedurlarla müşahidə olunurdu. Bundan sonra həmin arayışların alınması internet üzərindən də həyata keçiriləcək və abunəçinin hər hansı idarəyə üz tutmasına ehtiyac qalmayacaq.
Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra borcun olmaması barədə arayışı www.azersu.az saytı və www.e-gov.az portalından istifadə etməklə əldə edə bilərlər. ( www.azersu.az saytı www.e-gov.az portalına inteqrasiya olunmuşdur).
Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi www.e-gov.az portalının “bütün xidmətlər” bölməsində “Azərsu” ASC-ni, daha sonra “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış alınması” elektron xidmətini seçir. Növbəti mərhələdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş “Elektron imza” kartı, Asan imza və ya “Elektron Hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə sistemə daxil olub xidmətdən istifadə edə bilər.
Bunun üçün ilk növbədə abonent kodu daxil edilir, daha sonra şəxsiyyət vəsiqəsinin pin kodu, əlaqə vasitələri, obyektə aid sənədlər (skan olunmuş, pdf və s. formatda) sistemə yüklənir və müraciət edilir.
Müraciət qeydiyyata alındıqdan 3 iş günü ərzində icra ediləcəyi barədə abunəçinin elektron ünvanına məlumat göndərilir. Sonrakı mərhələdə müraciət Cəmiyyətin müvafiq struktur vahidinə yönləndirilir. Operativ qaydada abunəçinin sayğacına yerində baxış keçirilir və ya onun ailə tərkibi dəqiqləşdirilir.
Müraciətin icrası tamamlandıqdan sonra abunəçinin elektron ünvanına borcun olub olmaması haqda məlumat göndərilir. Əgər abunəçinin borcu varsa tam ödəniş aparıldıqdan sonra, borc olmadığı təqdirdə isə “Göndərilən müraciətlər” bölməsindən arayışı əldə edə bilər.
Müraciətlərin nəticəsi abunəçinin elektron poçtuna məlumat verməklə cavablandırıldığından göstərilən elektron ünvanlar doğru və aktiv istifadədə olmalı, şəxsi və mənzil haqqında düzgün məlumatlar sistemə daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılacaqdır.
“I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış”ın alınması elektron xidmətindən istifadə ödənişsizdir.
Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən bir sıra xidmətlər elektron qaydada göstərilir. İstehlakçılar internet vasitəsi ilə borcları haqda məlumat ala, abonent məlumatlarını dəyişdirə bilərlər. Bununla yanaşı, borcların internet və odəmə terminalları vasitəsilə ödənilməsi, I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması, "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abunəçiyə məlumatların verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info