“Bir qrup radikal Sabunçu RPİ -yə girmək istəyirdi“
Tarix: 23.09.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Xəyyam Camalov şahid qismində ifadə verib. O bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs polis idarəsinin qarşısına toplaşaraq Taleh Bağırovun müavini Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Həmin şəxslər daş və dəmir parçalarından istifadə edərək polis əməkdaşlarına xəsarət yetiriblər.
Zərərçəkmiş şəxs qismində tanınmış Camalov Xəyyam Xalid oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, həmin tarixdə tabeliyində olan əməkdaşlarla birlikdə Tofiq Bəhramov adına stadionda tədbirdə olarkən oyunun bitməsinə 10 dəqiqə qalmış Sabunçu RPİ-nin növbətçi hissəsindən bir qrup şəxsin idarənin qarşısına yığılaraq ictimai asayişi pozmaları və iğtişaş törətmələri barədə məlumat verilib, bundan sonra tabeliyində olan heyətlə birbaşa Sabunçu RPİ-yə gəlmiş və bir qrup şəxsin idarənin qarşısında toplaşaraq nalayiq sözlər, şüarlar səsləndirdiklərinin şahidi olub. Həmin şəxslər Elçin Qasımovun azadlığa buraxılmasını tələb edərək, əks təqdirdə zor tətbiq edəcəklərini bildirib və onlara daşlar atmağa başlayıblar. Bu zaman Sabunçu RPİ-nin əməkdaşı Afiq Şükürov alın nahiyəsindən xəsarət alıb, daşlardan biri isə onun sağ əlinin ovuc nahiyəsinə dəyərək qanadıb. Bir qrup şəxs idarəyə girmək istədikdə Çevik Polis Alayının əməkdaşlarının köməyi ilə qrup dağıdılıb, idarəyə girməyə çalışan və daş atan şəxslərdən fəalları saxlanılaraq ictimai asayiş bərpa olunub. Daha sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Elnur Şərifov şahid və zərərçəkmiş kimi ifadə verib. O da oxşar ifadə verib. İstintaq zamanı Şərifov Elnur Elman oğlu ifadəsində 05 noyabr 2015-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin qarşısında iğtişaş törədənlərdən tanımadığı bir neçəsinin əllərində olan daş, dəmir və taxta parçaları ilə onu vurduğunu və bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığını, kütləni qızışdıran isə “Ağaəli” adlı şəxsi tanıdığını göstərib. Təqsirləndirilən Zakir Mustafayev isə həmin şəxsin ona işgəncə verdiyini deyib. Bildirib ki, o, Sabunçu Rayon Polis İdarəsində olarkən E. Şərifov hicablı qadınları təhqir edib. Bundan qəzəblənən təqsirləndirilən şəxslər və yaxınları isə şahidə etiraz ediblər. Təqsirləndirilən A. Hüseynov onun üzünə tüpürüb. Sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra hakim Abbas Hüseynova xəbərdarlıq edib və bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, şahidi və dövlət ittihamçısını təhqir edib: “Mən bayaq görməmişəm. Sonra mənə dedilər ki, prokuroru da təhqir etmisən. Buna görə sənin zaldan çıxarılmağınla bağlı qərar qəbul edirik”. A. Hüseynov isə gərginliyi qarşı tərəfin yaratdığını iddia edib və nalayiq hərəkəti bilərəkdən etdiyini etiraf edib. Hakim isə bildirib ki, bütün məsələlər qanunla həll olunmalıdır. Fuad Qəhrəmanlı bildirib ki, adamların üzünə tüpürülməsi faktının üstündən keçmək lazımdır. Hakim isə bildirib ki, bu, Fuad Qəhrəmanlının şəxsi fikirdir və onlar qanuna tabedirlər. Daha sonra A. Hüseynov zaldan çıxarılıb. Təqsirləndirilən şəxslər isə onun iştirakı olmadan prosesin keçirilməsinə etiraz ediblər. Onlar bildiriblər ki, belə olsa, prosesdə iştirak etməyəcəklər və vəkillərindən imtina edəcəklər. Hakim isə bildirib ki, onlar iclaslarda iştirak etməlidirlər. Vəkillərdən imtina etsələr, onlara başqa vəkillər təyin olunacaq. Vəkillər də A. Hüseynovun iştirakı olmadan iclasın keçirilməsinə etiraz ediblər. Bildiriblər ki, şahidlərin çoxu Abbas Hüseynovla bağlı ifadə verdikləri üçün onun iştirakı olmadan iclası keçirmək düzgün deyil. Onlar iclasın təxirə salınmasını və onun iştirakının təmin olunmasını istəyiblər. Hakim prosesi sentyabrın 23-nə təxirə salıb və A. Hüseynov müraciət etdiyi təqdirdə onun iştirakının təmin oluna biləcəyini deyib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info