Qazaxıstan məhsullarının Azərbaycan ərazisindən dünya bazarlarına çıxması artacaq
Tarix: 23.09.2016 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astanada Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib. İclasda hökumətlərarası komissiyaların həmsədrləri, Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.
İclasda Qazaxıstan neft və neft məhsullarının Azərbaycan ərazisindən dünya bazarlarına nəqli məsələləri də diqqət mərkəzində olub. Energetika naziri Natiq Əliyev bildirib ki, yanacaq-energetika sahəsində Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas istiqamətlərindən biri məhz karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi neft terminalına nəqli sayılır. Batumi limanı üzrə neft, neft məhsulları və maye qaz daşımalarının həcmi 2015-ci ildə 2,9 milyon ton, bu ilin 6 ayı ərzində isə 1,3 milyon ton olub. Bu həcmin artırılması imkanları, neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi, enerji layihələrinin birgə həyata keçirilməsi perspektivləri, eləcə də enerjiyə qənaət sahəsində normativ aktların hazırlanması ilə bağlı təcrübənin öyrənilməsi kimi enerji əməkdaşlığını əhatə edən məsələlər də komissiyanın müzakirə predmeti olacaq. Qazaxıstan-Azərbaycan əməkdaşlığında vacib məsələlərdən biri də Transqafqaz dəhlizi vasitəsilə Qara dənizə karbohidrogen xammalının daşınmasıdır. İclasda 2017-ci ildə Azərbaycan müğənnisi Bülbülün 120 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq tədbirdə iştirak, KİV nümayəndələri üçün infoturların keçirilməsi, Qazaxıstanın “AİTF-2017”, Azərbaycanın isə “KİTF-2017” beynəlxalq turizm sərgisi və “Astana EXPO-2017” beynəlxalq sərgisində iştirakı məsələləri müzakirə olunub. Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanıb. İkitərəfli komissiyanın növbəti, 14-cü iclası 2017-ci ilin payızında Bakıda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info